Ceyhun Bayramov Londonda azərbaycanlı tələbələrlə görüşüb
Tarix: 23.01.2014 | Saat: 14:36:00 | E-mail | Çapa göndər


Azərbaycanın təhsil nazirinin müavini Ceyhun Bayramov Böyük Britaniyaya səfəri çərçivəsində bu ölkədə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.
C.Bayramov səfəri çərçivəsində keçirdiyi görüşləri barədə məlumat verib. Azərbaycanda təhsilin inkişaf prioritetləri və keyfiyyətin təmin edilməsindən danışan nazir müavini Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əhəmiyyətini vurğulayıb.
C.Bayramov “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrası, Azərbaycanın ehtiyacına uyğun prioritet ixtisasların müəyyənləşdirilməsi, əhatə olunan ölkələrin coğrafiyası, indiyədək xaricə göndərilmiş tələbələr və məzunların işlə təmin edilməsi mexanizmindən danışıb. Bildirilib ki, azərbaycanlı gənclərin xaricdə təhsil almağa göndərilməsi ölkəmizin yüksəkixtisaslı mütəxəssislərə ehtiyacının ödənilməsinə xidmət edir.
Təhsil nazirinin müavini tələbələrin suallarını cavablandırmış, onların problemləri ilə maraqlanıb.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
19.02.2020
Azərbaycandakı uzunömürlülər “Ginnesin Rekordlar Kitabı“na niyə salınmır?
19.02.2020
Ombudsman Nərminin qətlində təqsirləndirilən şəxslə görüşüb
19.02.2020
Kestutis Yankauskas Gömrük Akademiyasında mühazirə oxuyub
19.02.2020
Daşınmaz əmlakın icbari sığortası kimə daha çox lazımmış…?!
19.02.2020
“DigitaLand – Rəqəmsal Vətən” layihəsi başa çatıb

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Türkiyəli youtuber Ermənistanda Xocalı soyqırımı ilə bağlı sorğu keçirib - VİDEO
3 Əhməd Əhmədzadə Tovuzda vətəndaşları qəbul edib
4 Paşinyanın referendum oyunu əks-effekt verə bilər
5 Almaniyalı diplomat: “Azərbaycan ərazi bütövlüyü təmin olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info