Türkiyə ilə dövlət qulluğuna dair əməkdaşlıq üzrə Fəaliyyət Planı imzalandı
Tarix: 23.01.2014 | Saat: 16:58:00 | E-mail | Çapa göndər


Bakıda “Türkiyə ilə Azərbaycan arasında dövlət qulluğunun idarə olunmasının inkişafı və dəstəklənməsi sahələrində əməkdaşlıq Protokolu” çərçivəsində “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında 2014-2015-ci illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Planı”nın imzalanma mərasimi keçirildi.
Fəaliyyət Planını Komissiyanın sədri Bəhram Xəlilov və Türkiyənin Dövlət Kadrlar İdarəsinin sədri Mehmet Ali Kumbuzoğlu imzaladı. B. Xəlilov bildirdi ki, Komissiya ilə Türkiyənin Dövlət Kadrlar İdarəsi arasında əməkdaşlığa dair ilk protokol imzalanıb. Həmin protokolun əsasında əməkdaşlıq davam edir. Onun sözlərinə görə, bu gün imzalanan Fəaliyyət Planında isə 2014-2015-ci illər ərzində hər il üçün qarşılıqlı işgüzar səfərlərin həyata keçirilməsi nəzərdə tutulur. Səfərlər zamanı dövlət qulluğunda islahatlar və insan resurslarının idarə olunması sahəsinə dair yeni yanaşmalar nəzərdən keçiriləcək, dövlət qulluğuna qəbul, dövlət qulluqçularının peşə hazırlığı, etik davranış qaydalarına nəzarət sistemi, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi, rotasiya sisteminin tətbiqi, dövlət qulluğunda şəffaflıq, xidmətlərin çatdırılmasında qərəzsizliyin təmin olunması, dövlət qulluqçularının vəzifədə yüksəlişi, dövlət qulluğunda idarəçiliyində e-hökumətin tətbiq olunması sahəsində təcrübə mübadiləsi aparılacaq. Eyni zamanda, hər iki ölkənin dövlət qulluğuna dair aparılmış təhlili nəticəsində müəyyən edilmiş problemli məsələlər və həmin problemlərin həlli yolları sahəsində müzakirələr aparılacaq. Fəaliyyət Planında dövlət qulluğu sisteminə təlim proqramları və seminarların təşkil edilməsi, zərurət olduğu halda dövlət qulluğu və insan resurslarının inkişafına dair nəşrlə mübadiləsinin aparılması da nəzərdə tutulur.
Türkiyənin Dövlət Kadrlar İdarəsinin sədri Mehmet Ali Kumbuzoğlu isə qeyd etdi ki, hər iki ölkənin rəhbərliyi tərəfindən dövlət idarəçiliyi sahəsində əməkdaşlığa böyük önəm verilir: "Biz Azərbaycanla dövlət idarəçiliyi sahəsində əməkdaşlığımızı inkişaf etdirmək niyyətindəyik. Bunun üçün dövlət qulluğunun idarə olunmasının inkişafı və dəstəklənməsi sahələrində müxtəlif layihələr həyata keçiriləcək". İmzalanma mərasimində Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşqun da iştirak edirdi.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
19.02.2020
Azərbaycandakı uzunömürlülər “Ginnesin Rekordlar Kitabı“na niyə salınmır?
19.02.2020
Ombudsman Nərminin qətlində təqsirləndirilən şəxslə görüşüb
19.02.2020
Kestutis Yankauskas Gömrük Akademiyasında mühazirə oxuyub
19.02.2020
Daşınmaz əmlakın icbari sığortası kimə daha çox lazımmış…?!
19.02.2020
“DigitaLand – Rəqəmsal Vətən” layihəsi başa çatıb

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Türkiyəli youtuber Ermənistanda Xocalı soyqırımı ilə bağlı sorğu keçirib - VİDEO
3 Əhməd Əhmədzadə Tovuzda vətəndaşları qəbul edib
4 Paşinyanın referendum oyunu əks-effekt verə bilər
5 Almaniyalı diplomat: “Azərbaycan ərazi bütövlüyü təmin olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info