“Cenevrə-2” konfransının formatı rəsmi Dəməşqi qane etmir
Tarix: 23.01.2014 | Saat: 17:37:00 | E-mail | Çapa göndər


Çərşənbə günü İsveçrənin Montre şəhərində Suriya münaqişəsinin həllinə dair sülh danışıqları başlayıb. Dünya KİV-lərində “Cenevrə-2” konfransının birinci günü ilə bağlı müxtəlif fikirlər yer alıb.
“İnterfaks” xəbər verir ki, münaqişənin dinc yollarla həllinin tapılması istiqamətində ilk addım atıldığını qeyd edən BMT-nin Baş katibi Pan Qi Mun növbəti belə addımın yanvarın 24-də atılacağına ümid bəslədiyini bildirib.
Xatırladaq ki, həmin gün rəsmi Dəməşq ilə Suriya müxalifətinin nümayəndələri arasında birbaşa danışıqların aparılması planlaşdırılır.
Rəsmi Dəməşq isə öz növbəsində konfransın formatından narazıdır. Suriya hökumətinin BMT-dəki keçmiş təmsilçisi Bəşər Cəfərinin fikrincə, konfransa İranın dəvət edilməməsi, Cenevrəyə yalnız Suriya əleyhdarı olan ölkələrin toplaşması görüşün formatına subyektiv yanaşmanın sübutudur.
Suriya müxalifətinin nümayəndə heyətinin başçısı Əhməd Carba da Montredə keçid hökumətinin yaradılması ilə bağlı razılaşmanın baş tutacağına inanmır. Onun sözlərinə görə, Bəşər Əsədin keçid hökumətinin təşkilində iştirakı qəbuledilməzdir.
Bu mövqeyin rəsmi Vaşinqton tərəfindən də dəstəkləndiyini bildirən ABŞ-ın dövlət katibi Con Kerri Birləşmiş Ştatların Suriyaya hava zərbələri endirmək planlarından vaz keçmədiyini söyləyib.




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
İsraildə parlament seçkiləri keçirilir
17.09.2019
BƏƏ-yə məxsus gəmi İran tərəfindən saxlanıldı
16.09.2019
Dünyanın ilk üzən nüvə elektrik enerjisi stansiyası Pevek şəhərinə çatdı
16.09.2019
Ursula fon der Lyayen: “Xarici güclərin müdaxiləsi Avropa üçün təhlükədir”
16.09.2019
Tramp Ruhani ilə görüşü istisna etməyib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info