Yaponiyanın maliyyə vəziyyəti durmadan yaxşılaşır
Tarix: 23.01.2014 | Saat: 18:22:00 | E-mail | Çapa göndər


Yaponiyanın Baş naziri Şinzo Abe Davosda keçirilən Dünya İqtisadi Forumu zamanı təşkil edilən siyasi liderlərin və biznes nümayəndələrinin illik görüşündəki çıxışında vergi islahatları aparacağını, o cümlədən korporasiyalardan alınan vergini azaldacağını vəd edib.
Ş.Abe çıxışına hökumətin həyata keçirdiyi və “abenomika” adlanan iqtisadi siyasət barədə məlumatla başlayıb.
Baş nazir bəyan edib ki, yapon iqtisadiyyatı xroniki deflyasiyadan çıxmağa yaxındır. Onun sözlərinə görə, ölkənin maliyyə vəziyyəti durmadan yaxşılaşır və Yaponiya büdcə konsalidasiyası yoluna qayıdır.
Ş.Abe, həmçinin qeyd edib ki, şirkətlərin beynəlxalq səviyyədə rəqabətə davamlılığını artırmaq üçün vergi güzəştlərinin tətbiqi qaçılmazdır. O, Yaponiyada aprel ayından başlayaraq korporasiyalardan vergi tutulmasının azaldılmasına hazır olduğunu bildirib.
Yaponiyada qadın əməyinin daha səmərəli istifadə edilən ehtiyat olmasına diqqəti cəlb edən Baş nazir, 2020-ci ildə rəhbər strukturlarda qadınların payının 30 faizə çatdırılacağını qeyd edib.
Ş.Abe bəyan edib ki, çiçəklənmənin əsasında insanların və əmtəələrin azad hərəkəti dayanır.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Rәcәb Tayyib Әrdoğan ABŞ-da sәfәrdәdir
22.09.2019
Ukrayna terrorçuluqda şübhəli bilinən 23 nəfəri Türkiyəyə təhvil verib
21.09.2019
İran, Çin və Rusiya birgə hərbi təlimlər keçirəcək
21.09.2019
İraqda partlayış, ölәnlәr var
21.09.2019
Türkiyәnin Milli Müdafiə Nazirliyi mәlumat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info