“Azərbaycan ədəbiyyatı tarixi” çoxcildliyi hazırlanır
Tarix: 23.01.2014 | Saat: 20:27:00 | E-mail | Çapa göndər


AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. AMEA Nizami adına Ədəbiyyat İnstitutunun mətbuat xidmətinin rəhbəri
Ağahüseyn Şükürovun verdiyi məlumata görə, iclasda AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli institutun 80 illik yubileyinin yekunları barədə ətraflı məlumat verərək, yubiley ərəfəsində işıq üzü görmüş nəşrlər barədə söhbət açıb. Akademik yubiley mərasimini Azərbaycanın elmi sferasında böyük akademik hadisə adlandırıb, mərasimdə Milli Məclis deputatlarının, AMEA rəhbərliyinin, AMEA Rəyasət Heyətinin üzvlərinin, digər tanınmış elm adamlarının, xarici qonaqların iştirakını xüsusi dəyərləndirib. Bu əlamətdar hadisənin ölkə rəhbərliyi tərəfindən Azərbaycan elminə göstərilən qayğının daha bir göstəricisi olduğunu diqqətə çatdıran akademik İsa Həbibbəyli yubiley mərasimində iştirak edən elmi ictimaiyyətə, akademiyanın humanitar sahə üzrə elmi-tədqiqat müəssisələrinin rəhbərlərinə, o cümlədən Ədəbiyyat İnstitutunun əməkdaşlarına minnətdarlığını bildirib. O, AMEA Mərkəzi Elmi Kitabxanası tərəfindən institutun nəşrlərinin nümayiş olunduğu sərginin yüksək səviyyədə təşkil edilməsini də xüsusi vurğulayıb. Akademik bildirib ki, yubiley münasibətilə institutun 10 əməkdaşı AMEA Rəyasət Heyətinin, 17 nəfər isə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Fəxri fərmanları ilə təltif edilib, institutun elmi əməkdaşlarından 1 nəfərinə professor, 9 nəfərə dosent elmi rütbələri verilməsi qərara alınıb, 25 nəfərə isə şəxsi işlərinə yazılmaqla təşəkkür elan edilib. Akademik İsa Həbibbəyli institut əməkdaşlarını yubiley münasibətilə bir daha təbrik edərək onlara uğurlar arzulayıb. Sonra akademik İsa Həbibbəyli gündəlikdə duran digər məsələ - “Azərbaycan ədəbiyyatı tarixi” çoxcildliyinin V,VI və VII cildlərinin hazırlanması barədə fikir və mülahizələrini bildirib və coxcildliyin mükəmməl şəkildə elmi ictimaiyyətə çatdırılmasının vacibliyini önə çəkib. Akademik nəzərdə tutulmuş materiallar barədə dolğun və müfəssəl məlumat verdikdən sonra açıq, geniş və əhatəli müzakirə keçirilib. Müzakirələrdə akademik İsa Həbibbəyli, AMEA-nın müxbir üzvü Teymur Kərimli, filologiya üzrə elmlər doktorları Qəzənfər Paşayev, İmamverdi Həmidov, Şirindil Alışanlı, Zaman Əsgərli, Vaqif Yusifli, filologiya üzrə fəlsəfə doktoru Esmira Şükürova və başqaları çıxış edib, kitabın strukturu, forması, eləcə də sistemi barədə təklif və mülahizələrini bildiriblər. Bir sıra təyinatlar dəqiqləşdirilib, məsələ üzrə müzakirələrin bundan sonra da davam etdiriləcəyi qərara alınıb. Sonra institutun direktoru, akademik İsa Həbibbəyli tanınmış ədəbiyyatşünas və tərcüməçi, filologiya üzrə elmlər doktoru Ramiz Əsgəri və institutun Elmi informasiya şöbəsinin müdiri Zakirə Əliyevanı yubileyləri münasibətilə təbrik edib. Bəzi əlavə və təkliflərdən sonra sonra müvafiq qərarlar qəbul edilib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
19.02.2020
Azərbaycandakı uzunömürlülər “Ginnesin Rekordlar Kitabı“na niyə salınmır?
19.02.2020
Ombudsman Nərminin qətlində təqsirləndirilən şəxslə görüşüb
19.02.2020
Kestutis Yankauskas Gömrük Akademiyasında mühazirə oxuyub
19.02.2020
Daşınmaz əmlakın icbari sığortası kimə daha çox lazımmış…?!
19.02.2020
“DigitaLand – Rəqəmsal Vətən” layihəsi başa çatıb

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Türkiyəli youtuber Ermənistanda Xocalı soyqırımı ilə bağlı sorğu keçirib - VİDEO
3 Əhməd Əhmədzadə Tovuzda vətəndaşları qəbul edib
4 Paşinyanın referendum oyunu əks-effekt verə bilər
5 Almaniyalı diplomat: “Azərbaycan ərazi bütövlüyü təmin olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info