“Gənclər Paytaxtı” seçiminə start verildi
Tarix: 24.01.2014 | Saat: 16:12:00 | E-mail | Çapa göndər


2014-cü ilin "Gənclər Paytaxtı"nın seçiminə start verilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanın "Gənclər Paytaxtı"nın seçilməsində yaşadığı yerindən, vətəndaşlığından, yaşından, milliyətindən asılı olmayaraq hər kəs bərabər hüquqla iştirak edə bilər.
Bunun üçün www.genclerpaytaxti.az internet saytına daxil olmaqla 2014-cü ilin "Gənclər Paytaxtı"nı seçmək mümkündür.
Qeyd edək ki, "Gənclər Paytaxtı" "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına müvafiq olaraq 2012-ci ildən başlayaraq hər il seçilir. Bakı şəhəri istisna olmaqla keçirilən səsvermədə 2012-ci ilin "Gənclər Paytaxtı" Gəncə şəhəri, 2013-cü ilin "Gənclər paytaxtı" isə Biləsuvar şəhəri seçilib.
"Gənclər paytaxtı"nın seçimi regionlarda gənclərlə işin daha da canlandırılması və inkişaf etdirilməsi məqsədilə gerçəkləşir. Bir il müddətinə seçilən şəhər (rayon) gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin edir, onların intellektual və yaradıcılıq potensialını artırır. Gənclərin imkan və bacarıqlarının, yaranan ideyalarının reallaşdırılmasına, sosial problemlərinin həllinə daha böyük diqqət ayırır.
Beləliklə, 23 yanvar 2014-cü il tarixdə start götürən səsvermə 1 fevral 2014-cü il saat 23:59-dək davam edəcək. 2014-cü ilin "Gənclər Paytaxtı"nın adı isə 3 fevral 2014-cü il tarixdə Azərbaycan Gəncləri Günü münasibətilə Gənclər və İdman Nazirliyi tərəfindən keçiriləcək tədbirdə rəsmi şəkildə elan ediləcək.

Qeyd edək ki, bu il Təşkilat Komitəsi tərəfindən "Gənclər Paytaxtı"nın seçim qaydalarına dəyişikliklər edilib. Yeni qaydalara əsasən, seçim 2 mərhələdə həyata keçirilir. İlk mərhələdə Təşkilat Komitəsi tərəfindən namizədliyi irəli sürülən şəhər və rayonlar arasında təqdim olunan sənədlərə əsasən seçim aparılıb, səsvermə siyahısı formalaşdırılıb. Bu il "Gənclər Paytaxtı"nın seçimi ilə bağlı elan edilmiş müsabiqəyə 27 şəhər (rayon) tərəfindən namizədlik irəli sürülüb, onlardan 15-i səsvermə siyahısına daxil edilərək ikinci mərhələyə buraxılıb. İkinci mərhələ ötən illərdə də olduğu kimi internet səsverməsi vasitəsi ilə həyata keçirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Leyla Əliyeva Müslüm Maqomayevin məzarını ziyarət edib
17.08.2019
Dövlət Gömrük Komitəsi şirkətlərdən imtahan götürür
16.08.2019
Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib
16.08.2019
İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşları qəbul edib
16.08.2019
Eldar Sultanov: İntiharlarla bağlı xəbərlərin KİV-də yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
4 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir
5 Azərbaycan polisi öz vəzifələrini əzmkarlıqla yerinə yetirir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info