ARGTMŞ Beynəlxalq Gənclər Təşkilatlarını bir araya toplayacaq
Tarix: 24.01.2014 | Saat: 16:32:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ), Prezident yanından Gənclər Fondunun, Gənclər və İdman Nazirliyinin və Avropa Gənclər Forumunun dəstəyi ilə baş ofisləri Qərbi Avropada yerləşən Beynəlxalq Gənclər Təşkilatlarının və Şərqi Avropa və Qara Dəniz bölgələrinin gənclər platformalarının Azərbaycana səfərini təşkil edir. 24-27 yanvar 2014-cü il tarixində həyata keçiriləcək səfər çərçivəsində qonaqlar ARGTMŞ-in üzv təşkilatları ilə görüşəcək. Görüşün məqsədi Avropa Gənclər Forumuna üzv olan beynəlxalq gənclər təşkilatları və Azərbaycanın gənclər təşkilatları arasında əlaqələri genişləndirmək, üzv təşkilatların beynəlxalq gənclər təşkilatları vasitəsi ilə beynəlxalq arenada Azərbaycanı təmsil etməsini təmin etməkdir. Qeyd edək ki, qonaqların eyni zamanda Prezident yanında Gənclər Fondunun və Gənclər və İdman Nazirliyinin rəsmiləri ilə görüşlərinin keçirilməsi planlaşdırılır. Layihə çərçivəsində qonaqlar 2016-cı il Avropa Gənclər Paytaxtı seçilmiş Gəncə şəhərinə də səfər edəcəklər. Bu səfər son altı ay ərzində ARGTMŞ tərəfindən Avropa Gənclər Forumuna üzv olan gənclər təkilatlarının ölkəmizə olan ikinci rəsmi səfəridir. İlk səfər 2013-cü ilin avqust ayında keçirilib. İlk səfərin nəticəsi olaraq, bir neçə beynəlxalq təşkilatın ölkəmizdə nümayəndəliyinin yaradılması ilə bağlı mühüm işlər görülüb, hazırda danışıqlar yekunlaşır.
Nigar




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Leyla Əliyeva Müslüm Maqomayevin məzarını ziyarət edib
17.08.2019
Dövlət Gömrük Komitəsi şirkətlərdən imtahan götürür
16.08.2019
Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib
16.08.2019
İqtisadiyyat nazirinin müavini Masallıda vətəndaşları qəbul edib
16.08.2019
Eldar Sultanov: İntiharlarla bağlı xəbərlərin KİV-də yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
4 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir
5 Azərbaycan polisi öz vəzifələrini əzmkarlıqla yerinə yetirir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info