Bəşər Əsədin nümayəndələri “Cenevrə-2” konfransını tərk edə bilər
Tarix: 24.01.2014 | Saat: 23:47:00 | E-mail | Çapa göndər


Suriyada hökumət qüvvələri müxaliflərin müxtəlif bölgələrdəki mövqelərini havadan atəşə tutublar. Nəticədə, aralarında mülki vətəndaşlar da olmaqla onlarla insan həyatını itirib.
“Əl-Cəzirə” telekanalının məlumatına görə, son 3 həftə ərzində Hələbin bombalanması 600 nəfərin həyatına son qoyub. Müxaliflərin Hələbdəki ordu qərargahını partlatması nəticəsində 25 hərbçi ölüb, bir neçə nəfər xəsarət alıb. Suriyada İnsan Hüquqlarının Müşahidəsi Qrupunun yaydığı hesabata görə, ötən 20 gün ərzində gedən döyüşlərdə 1400 nəfər qətlə yetirilib. Bundan əlavə, 190 mülki şəxs avtomobil partlayışlarının qurbanı olub. BMT və Ərəb Dövlətləri Liqasının birgə nümayəndəsi Əl-Axdar Əl-İbrahimi “Cenevrə -2” konfransı çərçivəsində Suriya müxalifətinin nümayəndə heyəti ilə danışıqlar aparıb. Görüşdə sülhün əldə olunması üçün səylərin artırılması və hökumət qüvvələri ilə əsirlərin dəyişdirilməsi məsələləri müzakirə olunub. Müxalifət rəhbərlərindən olan Heysəm əl-Malih jurnalistlərə bildirmişdir ki, əgər münaqişə tərəflərindən biri keçid hökumətinin formalaşdırılması ilə bağlı danışıqlara maneə yaradarsa, o zaman məsələyə BMT-nin Təhlükəsizlik Şurasında baxılacaq. Suriya xarici işlər naziri Valid Muallim bildirib ki, yanvarın 26-dək konstruktiv danışıqlar baş tutmasa, Suriya hökumətini “Cenevrə-2” konfransında təmsil edən nümayəndə heyəti İsveçrəni tərk edəcək.




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
İsraildə parlament seçkiləri keçirilir
17.09.2019
BƏƏ-yə məxsus gəmi İran tərəfindən saxlanıldı
16.09.2019
Dünyanın ilk üzən nüvə elektrik enerjisi stansiyası Pevek şəhərinə çatdı
16.09.2019
Ursula fon der Lyayen: “Xarici güclərin müdaxiləsi Avropa üçün təhlükədir”
16.09.2019
Tramp Ruhani ilə görüşü istisna etməyib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info