Macarıstan Azərbaycan üçün viza prosedurunu sadələşdirir
Tarix: 27.01.2014 | Saat: 22:02:00 | E-mail | Çapa göndər


Kənd təsərrüfatı, turizm, enerji sahələrində əlaqələrin genişləndirilməsi üçün böyük potensial var
Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi, Azərbaycan hökuməti və Macarıstan hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın həmsədri Peter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Bakıda Azərbaycan-Macarıstan biznes forumu keçirilib.
İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən biznes forumda tikinti, İKT, kənd təsərrüfatı, qida emalı avadanlıqları, tekstil, tibbi texnologiyalar, əczaçılıq, turizm, qablaşdırma, maliyyə, alternativ enerji, daşınmaz əmlak və digər sahələrdə fəaliyyət göstərən Macarıstan şirkətləri iştirak ediblər.
Forumda iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev çıxış edərək iki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu, iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. Qeyd edək ki, Bakı Biznes Mərkəzində Şahin Mustafayevin Peter Siyarto ilə görüşü olub. Görüşdən əvvəl Macarıstan nümayəndə heyəti Azərbaycanın son 10 ildəki sosial-iqtisadi inkişafından bəhs edən sərgi ilə tanış olub.
Görüşdə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkələrimiz arasında əlaqələrin qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq prinsipləri üzərində qurulduğunu diqqətə çatdırıb, dövlət başçılarının qarşılıqlı səfərlərinin əlaqələrin inkişafında mühüm əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, ölkələrimiz arasında 30-dan çox sənəd imzalanıb və əməkdaşlığın hüquq-müqavilə bazası yaradılıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir. İKT, turizm, təhsil sahəsində sahələrarası sənədlər razılaşdırılıb, bir sıra ikitərəfli sənədlər, o cümlədən nəqliyyat, səhiyyə, gənclər və idman, elm və innovasiya sahəsində sənədlər müzakirə mərhələsindədir.
Görüşdə bildirilib ki, ölkələrimiz arasında sənaye, energetika, nəqliyyat, kənd təsərrüfatı, rabitə və informasiya texnologiyaları, əczaçılıq, ətraf mühit, mədəniyyət, turizm və digər sahələrdə uğurlu əməkdaşlıq həyata keçirilir, ticarət əlaqələri genişlənir. Ötən il ticarət dövriyyəsinin həcmi 40 faizə yaxın artıb. Növbəti iclası yanvarın 28-də Bakıda keçiriləcək birgə komissiyanın səmərəli fəaliyyəti, əlaqələrin genişlənməsində əhəmiyyətli rol oynayır. Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi Peter Siyarto Azərbaycana növbəti səfərindən, ölkələrimiz arasında əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib. Macarıstanın Azərbaycanla kənd təsərrüfatı, ərzaq məhsullarının emalı və heyvandarlıq sahələrində uğurlu əməkdaşlıq etdiyini deyən P.Siyarto səhiyyə, kənd təsərrüfatı, turizm, enerji sahələrində də əlaqələrin genişləndirilməsi üçün böyük potensial olduğunu diqqətə çatdırıb, bu potensialdan səmərəli istifadənin ikitərəfli əlaqələrin inkişafında əhəmiyyətini vurğulayıb.
Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində mövcud vəziyyət və əməkdaşlığın inkişafı imkanları, o cümlədən ticarət əlaqələrinin genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. Peter Siyarto jurnalistlərə açıqlamasında bildirib ki, hazırda Azərbaycan üçün Macarıstana vizanın daha rahat alınması istiqamətində xüsusi iş aparılır. Dövlət katibinin bildirdiyinə görə, bu proses nəticəsində Macarıstana viza almaq üçün kənarda fəaliyyət göstərən vasitəçi turizm şirkətlərinə də müraciət etmək mümkün olacaq. Onun sözlərinə görə, bu şirkətlər vasitəçi kimi vizanın daha rahat və tez əldə olunmasına kömək edəcək: “Hazırda iki ölkə arasında birbaşa aviareyslərin sayının artırılması, o cümlədən, vizanın alınması prosedurasının sadələşdirilməsi istiqamətində tərəflər arasında danışıqlar aparılır”.
Peter Siyarto qeyd edib ki, Azərbaycan və Macarıstan təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yeni proqram həyata keçirməyə başlayır. Artıq 2014-cü ilin sentyabr ayından 200-dən artıq azərbaycanlı tələbə bir il müddətində Macarıstanın ali təhsil ocaqlarında təhsil ala biləcəklər. O, əlavə edib ki, iki ölkə arasında münasibətlərdə insan komponentinin də olması üçün Macarıstan hökuməti azərbaycanlı tələbələrə də təhsil sahəsində təqaüd ayırıb.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Azərbaycanın hesabatı BMT-yə təqdim olunacaq
25.06.2019
Azərbaycanda bu şəxslərə verilən pul təminatı artırılır
24.06.2019
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar
24.06.2019
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir
23.06.2019
Naxçıvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkasında bolluq və ucuzluqdur

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
3 Əli Nağıyev DTX rəisi təyin edildi
4 Heydər Əliyev və bələdiyyələr
5 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info