Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin hesabat yığıncağı keçirilib
Tarix: 28.01.2014 | Saat: 17:36:00 | E-mail | Çapa göndər


Yanvarın 28-də Bakıdakı “Ambassador” mehmanxanasında Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin illik hesabat yığıncağı keçirilib.
Yığıncaqda son illər ölkəmizdə əlil insanlara qayğının artırıldığı, Prezident İlham Əliyevin bu sahədə imzaladığı sərəncamların əlillərin həyat şəraitinin yaxşılaşmasında və onların cəmiyyətə inteqrasiyasında əhəmiyyətli rol oynadığı diqqətə çatdırılıb.
Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin 2013-cü ildə öz üzvlərinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində reallaşdırdığı tədbirlər və layihələr barədə məlumat verilib.
Hesabat məruzəsi ilə çıxış edən cəmiyyətin prezidenti Səmyar Abdullayev qazanılmış nailiyyətləri ölkədə həyata keçirilən quruculuq işlərinin tərkib hissəsi kimi qiymətləndirib. O bildirib ki, dünyada baş verən maliyyə böhranı bütün ölkələrin iqtisadiyyatına mənfi təsir edib. Prezident İlham Əliyevin çevik siyasəti nəticəsində isə ölkə iqtisadiyyatı gündən-günə inkişaf edib. Daim yeniləşən Azərbaycanda gözdən əlil vətəndaşların və digər sosial qrupların bərabər imkanlar əldə etmələri üçün tədbirlər uğurla davam etdirilir.
Qeyd edilib ki, son illər Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva gözdən əlillərin həyat şəraitinin yaxşılaşdırılması, onların informasiya texnologiyalarına yiyələnmələri üçün cəmiyyətə yaxından kömək göstərib. Artıq bir neçə layihənin reallaşması nəticəsində gözdən əlil insanlar təhsil ala bilir, iş yerləri ilə təmin olunurlar.
Hesabat məruzəsində Heydər Əliyev Fondunun, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdikləri layihə əsasında məhdud imkanlı insanların informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarının artırılması məqsədi ilə Gəncə və Naxçıvan şəhərində regional informasiya mərkəzlərinin yaradıldığı diqqətə çatdırılıb. Bildirilib ki, bu mərkəzlərdən gözdən əlil vətəndaşlar da istifadə edə bilirlər. Analoji mərkəz ötən il Yevlax şəhərində də yaradılıb. Müasir texnologiyalarla təchiz olunan bu mərkəzdə oxu zalı, təlim-tədris mərkəzi, audiokitabxana, kitabxana fondunun audio formata çevrilməsi üçün səsyazma studiyası, sürətli internetə çıxışla və xüsusi olaraq kor və görmə qabiliyyəti zəif uşaqlar üçün nəzərdə tutulmuş kompyuter mərkəzi qurulub.
Vurğulanıb ki, Heydər Əliyev Fondu tərəfindən cəmiyyətə hədiyyə edilən mini informasiya laboratoriyası isə gözdən əlil vətəndaşlara göstərilən qayğının bariz nümunəsidir.
Məlumat verilib ki, hesabat dövrü ərzində Azərbaycan Gözdən Əlillər Cəmiyyəti üzvlərinə 25 min 419 manat məbləğində yardımlar göstərilib. Cəmiyyətin il ərzində xərcləri 80 min 701 manat, ümumi maliyyə dövriyyəsi 75 min 482 manat təşkil edib. Cəmiyyətin 2013-cü ildə reallaşdırdığı “Gözdən əlillərə xüsusi kompyuter və ingilis dili kursları” və “Məhdudiyyətsiz həyat” layihələrindən 200-dək gözdən əlil faydalanıb. Cəmiyyət üzvlərinin ötən il aldıqları ən gözəl hədiyyələrdən biri də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Dilmanc” layihəsi çərçivəsində gözdən əlillər üçün xüsusi işlənib hazırlanmış “DİLMANC” mini kompyuteri olub. Nazirlik tərəfindən 200 ədəd səsli kompyuter cəmiyyət üzvlərinə təqdim edilmişdir. Hesabat dövründə cəmiyyətə müraciət etmiş 2 minə yaxın gözdən əlildən 500-nün problemləri həll olunub.
Diqqətə çatdırılıb ki, respublikamızda tikilən və Qafqazda analoqu olmayan Reabilitasiya Mərkəzi bütün gözdən əlil vətəndaşların istifadəsinə veriləcək. Cari ildə həmin mərkəzin açılışı nəzərdə tutulub.
Tədbirdə cəmiyyətin nəzarət-təftiş komissiyasının apardığı yoxlamaların nəticələri ilə bağlı məruzə də dinlənilib.
Sonra cəmiyyətin 2014-cü ilə olan tədbirlər planı müzakirə edilib.




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Masallı rayonunda gənc könüllülərə sertifikatlar təqdim edilib
19.08.2019
Daxili İşlər naziri Daxili Qoşunların paytaxtda yerləşən “N” saylı hərbi hissəsində olub
19.08.2019
Baş Prokurorluq, DİN və Vergilər Nazirliyi “Relaks” istirahət mərkəzi ilə bağlı birgə məlumat yaydı
19.08.2019
Rusiyada yaşayan məşhur vəkil Ələkbər Qarayev Kanal 5-in qonağı olub.
19.08.2019
Ölkəmizdə vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10861

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info