Avtomobil almaq üçün verilən kreditlər niyə məhdudlaşdırılır?
Tarix: 28.01.2014 | Saat: 18:34:00 | E-mail | Çapa göndər


“Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə fəaliyyət göstərən kommersiya banklarına istehlak kreditləşməsi ilə bağlı müəyyən təlimatlar verib”.Bunu jurnalistlərə açıqlamasında AMB-nin sədr müavini Aftandil Babayev bildirib.
Onun sözlərinə görə, bu təlimatlar həm banklarda risklərin düzgün idarə olunması, həm də kredit götürən vətəndaşların özlərini lüzumsuz risklərdən sığortalanması üçün verilib: «Bu hər iki tərəfin maraqlarına uyğun bir tədbirdir. Biz banklara kreditlərin daha əsaslandırılmış şəkildə verilməsini tövsiyə etdik».
A.Babayev bildirib ki, ölkədə istehlak kreditləşməsinin sürətlə artımı davam edir: «Buna görə də həm bank sistemini, həm də vətəndaşları müəyyən lüzumsuz risklərdən qorumaq üçün Mərkəzi Bank olaraq düşünürük ki, bu, hər iki tərəfə öz müsbət nəticəsini verəcək».
AMB rəsmisi ictimaiyyətdə yaranan narazılıqlara da aydınlıq gətirib: «Baş verə biləcək riskləri qabaqlamaq rejimində çalışırıq. Bu, gələcəkdə gözlənilə bilən hər hansı xoşagəlməz riskləri qabaqlamaq üçün görülən tənzimləmə tədbirləridir. Bunun da çox müsbət nəticələri olacaq».
Avtomobil kreditlərinin verilməsi ilə bağlı AMB-nin kommersiya banklarına hər hansı tapşırıq verməsinə gəldikdə isə A.Babayev deyib ki, bu da həmin tədbirlər çərçivəsində həyata keçirilir: «Mərkəzi Bank olaraq bu istiqamətdə müəyyən təkmilləşdirmə işlərinin görülməsinə ehtiyac duyuruq. Bu yaxınlarda bununla bağlı konkret məlumatlar veriləcək. Həmçinin, avtomobil bazarında da tənzimlənməyə ehtiyac var. Düşünürük ki, avtomobil kreditləşməsində müəyyən dəyişikliklərin edilməsinə böyük ehtiyac var və bunu dünya təcrübəsində də görürük».
A. Babayev bildirib ki, ölkədəki yumşaq kredit şərtləri sonradan mənfi nəticələrə səbəb olur: «Buna görə də görülən tədbirlər bütövlükdə bank sektoru və müştərilərin özləri üçün faydalı olacaq».




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Azərbaycanda pensiya yaşı belə hesablanacaq
15.10.2019
AQTA əməkdaşları bu dəfə “Bala Tofiq” ləqəbli leş ət satan dələduzu ifşa etdi
15.10.2019
Qanunsuz şəkildə işdən azad edilənlər əvvəlki yerlərinə bərpa ediliblər
14.10.2019
Naxçıvan şəhərində “Gənclər Yaşayış Kompleksi” tikilir: VİDEO
14.10.2019
Özəl sektorda əməkhaqqı fondu 33,4 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
5 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info