TN-in “Qaynar Xətti”nə imtahanlarla bağlı kifayət qədər müraciət daxil olub
Tarix: 28.01.2014 | Saat: 19:20:00 | E-mail | Çapa göndər


Təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirdi ki, bu il buraxılış siniflərini bitirən məzunlara attestatların və şəhadətnamələrin verilməsi proseduru ötən il olduğu kimi həyata keçiriləcək. Bildirildi ki, ötən ilin may ayında Nazirlər Kabinetinin qərarı ilə buraxılış siniflərini bitirən məzunlara attestatların və şəhadətnamələrin verilməsi qaydalarında dəyişikliklər edilib və buna əsasən bütün məzunlar attestatlarla təmin olunub. Nazir müavininin sözlərinə görə, həmin qərara uyğun olaraq, ötən il orta məktəblərin buraxılış siniflərini bitirən məzunların 99.3 faizi attestatlarını alıblar: “Ötən il attestatların verilməsində yeni qaydaların tətbiqi yalnız bir il müddətində nəzərdə tutulmamışdı. Bu il də prosedur eyni qaydada həyata keçiriləcək”.
Qış imtahan sessiyası ərzində ali məktəblərdə yaradılan “Qaynar xətt” xidmətlərinə daxil olan müraciətlərə də münasibət bildirən C.Bayramov qeyd etdi ki, Təhsil Nazirliyinin “Qaynar Xətti”nə də ali məktəblərdə keçirilən imtahanlarla bağlı kifayət qədər müraciət daxil olub: “Müraciətlər müxtəlif məsələləri əhatə edir. Təhsil Nazirliyi həmin müraciətlərə operativ qaydada reaksiya verir və onları araşdırır”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Azərbaycanın hesabatı BMT-yə təqdim olunacaq
25.06.2019
Azərbaycanda bu şəxslərə verilən pul təminatı artırılır
24.06.2019
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar
24.06.2019
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir
23.06.2019
Naxçıvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkasında bolluq və ucuzluqdur

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
3 Əli Nağıyev DTX rəisi təyin edildi
4 Heydər Əliyev və bələdiyyələr
5 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info