“El” hərəkatı yeni müxalif güc mərkəzi kimi
Tarix: 28.01.2014 | Saat: 23:33:00 | E-mail | Çapa göndər


Namazov hazırkı situasiyada Kərimli və Qəmbəri xeyli
dərəcədə “arxivləşdirə” bilib


Uzun müddətdir, müxalifət düşərgəsinin ardıcıl uğursuzluqlara düçar olması və hər seçkidən məğlub, parçalanmış və biabırçı durumda ayrılması ənənəvi müxalifətin vecsizliyini müxalifət elektoratına açıq şəkildə göstərir. Ona görə də düşərgədə çoxdandır, “yeni müxalif güc” axtarışına çıxılmışdı. Bu axtarışlar isə müxalifət düşərgəsində yeni mesajlar və konfiqurasiya cəhdləri ilə özünü müxalif elektorata təqdim etməyə çalışan bəzi güclərin aktivləşməsi ilə son günlər bir qədər də canlanıb. Beləliklə, hər seçkidən sonra olduğu kimi, bu dəfə də ifrat pessimizmə və qarşılıqlı ittihamlara qərq olan müxalifət düşərgəsində yeni müxalif güc söhbətləri yenidən baş qaldırdı. Son günlərdə isə müşahidə edilir ki, uzun müddətdir, müxalifət düşərgəsində müzakirə olunan, aradabir ənənəvi müxalifətin səyləri ilə düşərgəyə unutdurulan yeni müxalifət gücü formalaşmaq ərəfəsindədir.
Belə ki, hazırda bu iddia ilə “El” hərəkatı və onun sədri Eldar Namazov çıxış edir. Namazovun səyləri ənənəvi müxalifət partiyaları olan AXCP, Müsavat və sair kimi qurumların önəmsizliyini nəzərə çarpdırmağa, onları düşərgənin, ictimaiyyətin və xarici qurumların yanında gözdən salmağa, onların heç bir perspektivinin olmadığına inandırmağa hesablanıb. Onun bu barədə davranış, mesaj və eyhamları isə hazırkı situasiyada olduqca inandırıcıdır. Çünki həqiqətən də müxalif elektorat və eləcə də bəzi xarici dairələr ənənəvi müxalifət partiyalarına və onların başçılarına olan-qalan inamlarını da tamamilə itiriblər. Bu isə həmin ənənəvi müxalifətin müəyyən tərəflərdən olan dəstəyinin itirilməsinə səbəb olub. Artıq ənənəvi müxalifət Qərb dairələrindən olan dəstəyini də itirib. Məhz buna görədir ki, ABŞ səfiri hazırda İsa Qəmbər və ya Əli Kərimli ilə deyil, məhz Eldar Namazovla görüşə önəm verir. Ötən sayımızda da bu barədə yazmışdıq və bildirmişdik ki, Namazov da daha çox öz qurumu və yeni fəaliyyət planları barədə danışıb, digər müxalif qurumları isə bir kənara qoyub. ABŞ səfirinin Eldar Namazovu qəbul etməsi və ona “stavka” etməsi də ona görə baş verir ki, 20 ildir ənənəvi müxalifətin vədləri boşa çıxır, onların yalançı vədlərindən, istər düşərgədəkilər, istərsə də xarici qurumlar artq beziblər. Onların iç üzü hamıya bəlli olub. Qeyd edildiyi kimi, müxalifət kəsiminə heç bir inam yoxdur. 2013-cü ilin prezident seçkisindən sonra “ictimai palata” və “milli şura” kimi qurama qurumlarda “müttəfiq” kimi qalmaqdan bezən Əli Kərimli və İsa Qəmbərin bir-birilərini açıq, sərt və hətta qurşaqdan aşağı zərbələrlə ittiham etməsi, bir-birilərinə qarşı hər vasitədən istifadə etməklə əsl gözdənsalma kampaniyaları aparması və sair kimi məsələlər də bundan xəbər verir. Məsələn, Müsavatın nəzarətində olan “Yeni Müsavat” qəzeti Əli Kərimlinin Elçibəyin ölüm günündə belə, AXC lideri barəsində yazdığı aşağılayıcı yazını yenidən dərc etdirib. Bununla Kərimlinin xəyanətkarlığını göstərmək istəyir. Belə görünür ki, müxalif tərəflər bir-birilərini sıradan çıxarmaq üçün arxivlərdə eşələnməkdən belə, yorulmurlar. AXCP-Müsavat və digər müxalif tərəflər arasında dəhşətli və acınacaqlı qarşıdurmaların güclənməsi müxalifətin olan-qalan elektoratının gözündən bu ənənəvi tərəfləri yaman salıb. Görünür ki, bu cür müxalif tərəflərin hansısa formada birliyi daha mümkün deyil. Ona görə də müxalifətdə yeni mərkəzin və gücün ortaya çıxması zərurətindən Eldar Namazov istifadə etməyə çalışaraq yerini möhkəmlədir. O da görünür ki, Namazov hazırkı situasiyada bu cür gedişlər və təqdimatlarla ənənəvi müxalifətin əsas nümayəndələrindən olan Kərimli və Qəmbəri bir xeyli dərəcədə “arxivləşdirə” bilib. Bu gedişlə “El” yeni müxalif güc kimi müxalif düşərgədə tam təsbit oluna bilər.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Saakaşvili: “Qarabağ Azərbaycandır, bütün dünya bu fikirdədir”
20.08.2019
Xalq “5-ci kolon”a şans verməyəcək
20.08.2019
Ordumuzda olan, 3000 metr məsafədə helikopteri məhv edən “İqla S“ raket kompleksi
19.08.2019
“Ulduzu barışmayan” AXCP-ReAl
19.08.2019
Gürcüstanla Dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının ekspertlərinin işçi görüşü olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info