Prokurorluq orqanlarında işləmək istəyənlər üçün imtahan keçiriləcək
Tarix: 29.01.2014 | Saat: 17:52:00 | E-mail | Çapa göndər


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə yanvarın 31-də prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirir. TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, işə qəbulla bağlı ərizə qəbulu ötən il sentyabrın 2-dən dekabrın 31-dək prokurorluq tərəfindən aparılıb və 100 ştat vahidi üzrə müsabiqədə iştirak etmək istəyən 373 nəfərin namizədliyi qeydə alınıb. İmtahan saat 10:00-da Azərbaycan Texniki Universitetinin İdman Sarayında başlanır. İmtahanın keçirilməsi qaydaları namizədlərə “Yaddaş kitabçası”nda təqdim olunub. Namizədlər 27-30 yanvar tarixlərdə saat 09:15-dən 18:00-dək şəxsiyyət vəsiqəsini və sənədlərin qəbulu barədə qəbzi təqdim etməklə, “Yaddaş kitabçası”nı və “Test imtahanına buraxılış vərəqəsi”ni Baş Prokurorluğun əsas inzibati binasının qəbul otağından ala bilərlər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.06.2019
Melihə Əsədova: “Müəllimə verilən dəyər onun üçün stimuldur”
20.06.2019
“Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilib
20.06.2019
Məşğulluq Mərkəzlərinin əməkdaşlarına əlilliyi olan şəxslər üçün özünüməşğulluq proqramı barədə təqdimat keçirilib
20.06.2019
Azərbaycan əhalisinin sayı açıqlandı
20.06.2019
Yayda Bakının torpaq bazarında qiymətlər necə olacaq?

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10812

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info