Şəkidəki 1 nömrəli peşə məktəbində yeni ixtisaslar üzrə kadrlar hazırlanır
Tarix: 30.01.2014 | Saat: 14:33:00 | E-mail | Çapa göndər


Ölkə iqtisadiyyatının peşə-ixtisas kadrlarına olan ehtiyacının ödənilməsində texniki peşə təhsili müəssisələri mühüm rol oynayır. İqtisadiyyatın sürətli inkişafı ixtisaslı kadrlara olan tələbatı da ildən-ilə artırır. Bu səbəbdəndir ki, son illər respublikamızda texniki peşə təhsilinin zamanın tələblərinə uyğun təkmilləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.
Təhsil Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Yaponiya hökumətinin birgə maliyyə dəstəyi ilə əsaslı təmir olunan Şəki şəhər 1 nömrəli peşə məktəbində bir sıra yeni ixtisaslar üzrə kadr hazırlığına başlanılıb. Hazırda məktəbdə 280 şagird müxtəlif peşələrə yiyələnir. Onların 200 nəfəri dövlət sifarişi, 80 nəfəri isə ödənişli əsaslarla təhsil alır. Bölgənin turizm potensialı nəzərə alınaraq, təhsil müəssisəsində turizm və xidmət sahələri üzrə yeni ixtisaslar – otel inzibatçısı, barmen-ofisiant, turizm agenti ixtisasları tədris olunur. Bu qruplarda 60 şagird təhsil alır. Bundan əlavə, məktəbdə tikiş avadanlığı operatoru, qaynaqçı, dülgər-xarrat, kompyuter üzrə operator, aşpaz, qənnadı ustası və digər peşələr üzrə də ixtisaslı kadrlar hazırlanır.




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Azərbaycanın hesabatı BMT-yə təqdim olunacaq
25.06.2019
Azərbaycanda bu şəxslərə verilən pul təminatı artırılır
24.06.2019
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar
24.06.2019
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir
23.06.2019
Naxçıvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkasında bolluq və ucuzluqdur

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
3 Əli Nağıyev DTX rəisi təyin edildi
4 Heydər Əliyev və bələdiyyələr
5 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info