Səfirimizdən Dağlıq Qarabağa qanunsuz səfərə etiraz
Tarix: 30.01.2014 | Saat: 14:47:00 | E-mail | Çapa göndər


Azərbaycanın Britaniyadakı səfiri Fəxrəddin Qurbanov britaniyalı fotojurnalist Anastasiya Teylr-Layndın Azərbaycanın Dağlıq Qarabağ regionuna qanunsuz səfəri və onun Britaniyanın "The Guardian" qəzetində çıxan məqaləsinə etiraz olaraq həmin qəzetə məktub yazıb.
"The Guardian" qəzetinin verdiyi məlumata görə, F. Qurbanov məktubunda sözügedən qəzetin Anastasiya Teylr-Layndın Azərbaycanın Dağlıq Qarabağ regionunda keçirilən toy mərasimində çəkdiyi fotonu və bu barədə məlumatı çap etməsindən narahat olduğunu bildirib: "İncəsənətlə məşğul olan insanlar qərəzsiz və obyektiv olmalıdırlar və münaqişədən əziyyət çəkən bütün insanların vəziyyətini vurğulamalıdırlar".
Səfir qeyd edib ki, Anastasiya Teylr-Laynd Azərbaycana gəlib, Dağlıq Qarabağdakı evlərini tərk etməyə məcbur olmuş məcburi köçkünlərin vəziyyətinin şahidi olmalıdır. Səfirin sözlərinə görə, bir başqasının bədbəxtliyi üstündə qurulan xoşbəxtlik barədə yazmaq regiona sülh və stabillik gətirmək səylərini sarsıdır.
F.Qurbanov vurğulayıb ki, Azərbaycanın Dağlıq Qarabağ regionuna və digər işğal olunmuş ərazilərinə icazəsiz səfərlər qeyri-qanuni hesab olunur: "Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq aləmdə tanınan hissəsidir və Azərbaycanın Dağlıq Qarabağ regionuna səfər etməyi planlaşdıran xarici vətəndaşlar bunu Azərbaycanın müvafiq qurumları vasitəsilə həyata keçirməlidirlər. Azərbaycanın Dağlıq Qarabağ regionuna ölkənin icazəsi olmadan səfər edən şəxslərin Azərbaycana səfər etməsi də qadağan olunur".
Tural




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Saakaşvili: “Qarabağ Azərbaycandır, bütün dünya bu fikirdədir”
20.08.2019
Xalq “5-ci kolon”a şans verməyəcək
20.08.2019
Ordumuzda olan, 3000 metr məsafədə helikopteri məhv edən “İqla S“ raket kompleksi
19.08.2019
“Ulduzu barışmayan” AXCP-ReAl
19.08.2019
Gürcüstanla Dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının ekspertlərinin işçi görüşü olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info