Diplomların verilməsi prosesində gecikdirmənin qarşısı alınacaq
Tarix: 30.01.2014 | Saat: 15:54:00 | E-mail | Çapa göndər


Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin müdir müavini Yaqub Piriyev nazirlikdə ali və orta ixtisas təhsili müəssisələrində 2013-2014-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişinə və nazirliyin “Qaynar xətt” xidmətinin fəaliyyətinə həsr olunan mətbuat konfransında çıxışı zamanı bildirdi ki, Təhsil Nazirliyi tərəfindən Azərbaycanın ali məktəblərində diplomların verilməsi prosesinin gecikdirilməsinin qarşısı alınacaq. Qeyd edildi ki, hər il nazirliyə müxtəlif ali məktəblərdə diplomların gecikdirilməsi ilə bağlı müraciətlər daxil olur. Onun sözlərinə görə, bunların qarşısını almaq üçün Təhsil Nazirliyinin müvafiq şöbəsində diplomların verilməsi ilə məşğul olacaq yeni sektor yaradılacaq: “Yeni sektorda 2-3 nəfər xüsusi olaraq bu işlərlə məşğul olacaq. Payız imtahan sessiyası bitəndən sonra nazirliyə bu il ali məktəbləri bitirəcək tələbələrin sayı barədə məlumat daxil olacaq. Onların adları sistemdə qeyd ediləcək və diplomlara şərti olaraq yazılacaq. İyun ayında diplomları müzakirə edəndə, Ali Attestasiya Komissiyası protokolları tərtib olunandan sonra onlara diplomlar veriləcək. Çalışacağıq ki, bu proseslər 1 ay ərzində başa çatdırılsın. Bu gündən məsələlərin həllinə başlanıb. Yeni sektor diplomların verilməsinin daha şəffaf şəkildə təşkili, bu sahədə daha operativ işlərin görülməsi, burada qeyri-şəffaf halların ortaya çıxmamasına xidmət göstərəcək. İlin əvvəlindən IV kursda təhsil alan tələbələrin sayı barədə məlumat daxil olacaq və artıq tədris ili başa çatana kimi tələbələrin diplomu hazır olacaq”. Nazirlik rəsmisi qeyd edib ki, ali məktəb tələbələrinə diplomların verilməsi üçün heç bir ödəniş tələb olunmamalıdır. Onun sözlərinə görə, diplomların verilməsi tam pulsuz olaraq həyata keçirilir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Azərbaycanın hesabatı BMT-yə təqdim olunacaq
25.06.2019
Azərbaycanda bu şəxslərə verilən pul təminatı artırılır
24.06.2019
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar
24.06.2019
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir
23.06.2019
Naxçıvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkasında bolluq və ucuzluqdur

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
3 Əli Nağıyev DTX rəisi təyin edildi
4 Heydər Əliyev və bələdiyyələr
5 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info