Cemmi Vardumyan: “İnsan hüquqları üzrə Avropa Məhkəməsi siyasiləşib”
Tarix: 30.01.2014 | Saat: 22:54:00 | E-mail | Çapa göndər


“Sərkisyan və Köçəryan birləşərək xalqa atəş açdılar,
Ermənistanı bütün dünyada rüsvay etdilər”

Ermənistanda məlum qanlı 1 mart olaylarının qurbanlarından biri olan David Petrosyanın anası Cemmi Vardumyan Avropa Məhkəməsindən şikayətlənib. Vanadzor sakini olan Vardumyan işğalçı ölkə mətbuatına açıqlamasında bildirib ki, artıq 6 ildir ki, insan hüquqları üzrə Avropa Məhkəməsi və yerli hakimiyyət onların şikayətinə reaksiya vermir.
“Bu məsələyə baxmaq Avropa Məhkəməsinə sərf etmir, çünki bu təşkilat siyasiləşib, həm də korrupsiyalaşıb. Biz isə kiçik millətik və öz sıramızı gözləməyə məcburuq. Əgər beynəlxalq standarta uyğun kompensasiya varsa, bu sıranı gözləməyə nə ehtiyac var? Əgər vətəndaş günahkardırsa, kompensasiyanı dövlət ödəyir, günahkar deyilsə belə, yenə də kompensasiyanı dövlət ödəyir. Burada “kim öldürdü” və ya “ölüm əmrini kim verdi” tipli sualları araşdırmağın nə əhəmiyyəti var. Ölüm faktının baş verməsi reallıqdır. Daha burada məsələni bir-birinin üstünə atmağın heç bir mənası yoxdur”. Xanım Vardumyan bildirib ki, Vanadzordakı sosial strukturlara lazımi sənədləri təqdim etsə də ona heç bir sosial yardım təyin etməyiblər: “Ötən illər ərzində hakimiyyət yaxşı mənada dəyişməyib. Nə qədər ki, Sərkisyan hakimiyyətdədir ölkədə ədalət olmayacaq. Serj Sərkisyan və Robert Köçəryan birləşərək xalqa atəş açdılar, Ermənistanı bütün dünyada rüsvay etdilər. 1 mart təsadüfü deyildi, əvvəlcədən planlaşdırılmış qırğın idi”.
Anar




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Ermənistan Azərbaycanla azaraq sərhədi keçmiş vətəndaşların mübadiləsinə hazırdır
18.03.2019
Naxçıvanda Çanaqqala zəfərinin ildönümü qeyd olunub
18.03.2019
Ermənistan Rusiya ilə razılıq əldə edə bilmədi
14.03.2019
Ermənistan müdafiə nazirinin müavini və iki vitse-qubernator vəzifələrindən azad edilib
14.03.2019
Ermənistanda vergilər artırıldı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
3 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info