Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən daha bir qətnamə
Tarix: 31.01.2014 | Saat: 14:09:00 | E-mail | Çapa göndər


ABŞ-ın Arizona ştatının ali qanunverici orqanının Senat və Nümayəndələr Palatasında Azərbaycana dair geniş qətnamə qəbul olunub.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun yaydığı məlumata görə, Los Ancelesdəki baş konsulumuz Nəsimi Ağayev qətnamənin qəbul edildiyi hər iki palatanın plenar iclasında iştirak edib. Qəbuldan öncə, qətnamə müəllifləri baş konsulu qanunvericilərə təqdim edərək, Azərbaycanın ABŞ üçün önəmi barədə danışıblar. Qətnamə hər iki palatada yekdilliklə qəbul edilib.
Qətnamədə Azərbaycanın ərazi bütövlüyünün ABŞ və Arizona tərəfindən dəstəkləndiyi və beynəlxalq birliyin Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımadığı bildirilir.
Qeyd olunur ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupuna münaqişəni beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, eləcə də ATƏT-in qəbul etdiyi qərar və sənədlər əsasında həlli həvalə edilmişdir. Bu səpkidə vurğulanır ki, 822, 853, 874 və 884 saylı qətnamələr qəbul etmiş BMT Təhlükəsizlik Şurası, eləcə də NATO, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar da daxil olmaqla bütün dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Həmçinin qeyd olunur ki, münaqişənin həlli münaqişə nəticəsində yurd-yuvalarından didərgin salınmış yüz minlərlə azərbaycanlıya kömək edəcək.
Bütün bunları nəzərə alaraq, qanunvericilər ABŞ-ın münaqişənin tezliklə və ədalətli şəkildə həlli istiqamətində səylərini dəstəklədiklərini bildirirlər.
Qətnamədə, həmçinin, Azərbaycanın son illərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətlərdən bəhs olunur, Cənubi Qafqazın Ümumi Daxili Məhsulunun 80%-nə nəzarət edən Azərbaycanın ABŞ-ın regiondakı ən böyük ticari tərəfdaşı olduğu bildirilir. Həmçinin, Azərbaycan tərəfindən həyata keçirilən və strateji önəm daşıyan trans-regional enerji və nəqliyyat layihələrindən bəhs edilərək, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Azərbaycan və ABŞ-ın regiondakı digər müttəfiqlərinin rifahına verdiyi töhfələr vurğulanır. Qətnamədə Azərbaycan və ABŞ arasında enerji təhlükəsizliyindən beynəlxalq terrorizmə qədər geniş sahədə inkişaf edən çoxtərəfli əməkdaşlıq münasibətlərinə diqqət çəkilir, Arizonanın ABŞ-Azərbaycan strateji tərəfdaşlığını dəstəklədiyi bildirilir.
Xatırladaq ki, bu, Arizona parlamentinin Azərbaycana dair qəbul etdiyi ikinci qətnamədir. İlk qətnamə 2013-cü ilin may ayında qəbul olunmuş və Azərbaycan-ABŞ strateji tərəfdaşlığına həsr edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Saakaşvili: “Qarabağ Azərbaycandır, bütün dünya bu fikirdədir”
20.08.2019
Xalq “5-ci kolon”a şans verməyəcək
20.08.2019
Ordumuzda olan, 3000 metr məsafədə helikopteri məhv edən “İqla S“ raket kompleksi
19.08.2019
“Ulduzu barışmayan” AXCP-ReAl
19.08.2019
Gürcüstanla Dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının ekspertlərinin işçi görüşü olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info