Nazirlik müvəqqəti sığınacaqlar təşkil edib
Tarix: 31.01.2014 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu il də müvəqqəti sığınacaqlar təşkil edib. Nazirlikdən verilən məlumatına görə, havaların kəskin soyuması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil edilən müvəqqəti sığınacaqlar bu ünvanlarda yerləşir:
1. Nərimanov rayonu, Yaşıl bazarın yanı, Xətai prospekti, 11;
2. Nəsimi rayonu, Nəsimi bazarının yanında, Süleyman Rüstəm küçəsi, 69;
3. Nizami rayonu, Xalqlar Dostluğu metrostansiyasının yanında, Q.Qarayev küçəsi, 118;
4. Xətai rayonu, Bakı kinoteatrının qarşısı, Sarayev küçəsi, 20;
5. Yasamal rayonu, Xiyabani küçəsi, 211.
O da bildirilir ki, əlavə məlumat əldə etmək ücün 142 etimad telefonuna müraciət etmək olar. Sığınacaqlarda tibbi xidmət, yataqlar, isti yemək və çay, istilik sistemləri təşkil olunacaq.
Öz rayonuna qayıtmağa çətinlik çəkənlər, açıq havada işləyənlər, faktiki yaşayış evləri uzaq olanlar, müəyyən yaşayış evləri olmayanlar, müvəqqəti isinməyə və ilk tibbi yardıma ehtiyacı olanlar və digərləri bu xidmətdən istifadə edə bilərlər.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Azərbaycanda bu şəxslərə verilən pul təminatı artırılır
24.06.2019
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar
24.06.2019
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir
23.06.2019
Naxçıvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkasında bolluq və ucuzluqdur
22.06.2019
Naxçıvan Muxtar Respublikası əhalisinin sayı 457 min nəfərə çatır

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info