Məhkumların üzərində telefon aşkarlanıb
Tarix: 03.02.2014 | Saat: 10:26:00 | E-mail | Çapa göndər
Penitensiar xidmətin müəssisələrində məhkumların üzərində telefon aşkarlanıb.
Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən “Palitra”ya verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasında saxlanılan məhkum Samid Firuddin oğlu Həsənovun üzərinə və saxlandığı kameraya baxış keçirilib. Baxış zamanı ona məxsus çarpayıda döşəyin altından daxilində "Cin" danışıq kartı olan 1(bir) ədəd "Nokia-105" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Qeyd edək ki, Samid Həsənov Cinayət Məcəlləsinin 126.1 (Qəsdən sağlamlığa ağır zərər vurma) və 317-2.1 (Cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalarının normal fəaliyyətini pozma) maddələri ilə təqsirli bilinərək 6 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.
Həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Ramil Aslan oğlu Sarızadənin üzərinə baxış keçirilib. Baxış zamanı onun əynində olan gödəkçənin cibindən 1(bir) ədəd "Samsunq" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 181.3.1 (Quldurluq; mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinərək 9 il 3 ay 26 gün müddətinə azadlıqdan məhrum edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.02.2018
Maştağa-Nardaran avtomobil yolu yenidən qurulur
16.02.2018
Şagirdlərin dərs və imtahan yükü azalacaq
16.02.2018
DQİDK yanında İctimai Şuranın ilk iclası keçirilib
16.02.2018
Bayılda dağılmış 4 evin sahibinə kompensasiya veriləcək
16.02.2018
DQİDK yanında İctimai Şuranın ilk iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8426

1 “Birləşmiş Krallıqda bizim çox istedadlı və savadlı insanlarımız var”
2 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
3 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
4 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
5 Ermənistan mətbuatı: “Əliyev türk elementini Ermənistana qaytarmağı strateji məsələ hesab edir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info