Aycigit Buranov: “İnkişafın Azərbaycan modeli Qırğızıstan üçün də nümunədir”
Tarix: 03.02.2014 | Saat: 14:42:00 | E-mail | Çapa göndər


Gənclər Günü yeni layihə ilə qeyd olundu

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutu və Azərbaycan Gənc Diplomatlar Birliyinin birgə təşkilatlçılığı ilə fevral ayının 1-də “Auditoriyada səfirdir” layihəsinə start verildi. Gənclər Gününə həsr olunmuş ilk tədbir Beynəlxalq Mətbuat Mərkəzində keçirildi. Layihə çərçivəsində gənc diplomatların ilk qonağı Qırğızıstan Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Aycigit Buranov olub. Tədbiri giriş sözü ilə açan AGDB-nin baş katibi Eltun İbrahimov layihənin mahiyyəti haqqında məlumat verərək il boyu müxtəlif ölkələrin səfirləri ilə görüşlər keçiriləcəyini vurğulayıb. Eltun İbrahimov cənab səfiri gənc diplomatlara təqdim edərək qeyd edib ki, qonağımız 39 illik diplomatik xidmət təcrübəsinə malik bir şəxsdir, bir kadr diplomatdır. Baş katib xüsusi olaraq qeyd edib ki, cənab səfir Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda Prezident İlham Əliyevin tələbə yoldaşı olub.
Tədbirin moderatoru Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov cənab səfirin tərcümeyi-halı haqqında qısa məlumat verib və onun diplomatik fəaliyyətinin bir sıra mühüm istiqamətləri üzrə fikirlərini paylaşıb. Moderator xüsusi olaraq vurğulayıb ki, Azərbaycan- Qırğızıstan münasibətləri strateji tərəfdaşlıq xarakteri kəsb edir və əməkdaşlığın daha da genişlənməsinin böyük imkan və potensialı var. Daha sonra söz səfirə verilib.
Səfir Gənclər Günü münasibətilə gənc diplomatları təbrik edərək, diplomatik xidmət, diplomatın keyfiyyətləri, diplomatın vərdiş və bacarığı, protokol qaydaları və digər sahələr üzrə nəzəri və praktiki xarakterli fikirlər səsləndirib. Azərbaycanda həyata keçirdiyi diplomatik missiyasından məmnun qaldığını bildirib. Azərbaycanın son 10 ildə analoqu olmayan inkişaf tempi nümayiş etdirdiyini qeyd edib. İnkişafın Azərbaycan modelinin bir çox ölkələr, o cümlədən Qırğızıstan üçün bir nümunə olduğunu vurğulayıb. Azərbaycan –Qırğızıstan prezidentlərinin şəxsi dostluq münasibətlərinin ikitərəfli əlaqələrin inkişafına güclü təsir etdiyini diqqətə çatdırıb. Cənab səfir öz çıxışında Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutundakı tələbəlik illərinə toxunarkənAzərbaycan Prezidenti İlham Əliyevin tələbə yoldaşı olduğu ilə fəxr etdiyini qeyd edib. Hələ tələbəlik illərində belə, İlham Əliyevin liderlik keyfiyyətlərinə malik olduğunu hiss etdiklərini bildirib. Azərbaycan Prezidentinin elmi axtarışlara və diplomatik sahəyə çox böyük həvəs və bacarığının olduğunu xüsusi olaraq vurğulayıb. Daha sonra cənab Aycigit Buranov gənc diplomatların çox saylı suallarını cavablandırıb.
İlkin




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
Jewish Journal: Azərbaycanda qadınlara seçki hüququ verilməsinin 100 illiyi tamam olur
22.08.2019
Azərbaycan XİN: Ermənistan heç bir halda demokratiyanın qasidi statusuna iddia edə bilməz
22.08.2019
Əli Kərimli mərasimləri, məzarlıqları özünün təbliğat tribunasına çevirməyə çalışır
21.08.2019
Əli Kərimlinin hərəkətləri şəhidlərimizə, onların yaxınlarına hörmətsizlikdən başqa bir şey deyil
21.08.2019
Mühacirlərin internet TV-ləri haradan maliyyələşir?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info