Azay Quliyev:“Kənar müdaxiləyə ehtiyac yoxdur ”
Tarix: 03.02.2014 | Saat: 16:49:00 | E-mail | Çapa göndər


2Bu gün Milli Məclisin yaz sessiyası işinə başlayıb. Millət vəkili Azay Quliyev sessiyanın ilk günündə çıxış edib. Millət vəkili ilk olaraq yanvarın 31-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə keçirilən görüş haqqında danışıb. Azay Quliyev bildirib ki, yanvarın 31-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə 17 dekabr 2013-cü ildə Milli Məclisin QHT-lərin fəaliyyətini tənzimləyən qanunlara etdiyi əlavə və dəyişikliklər parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin, Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin rəisi Rahim Rəhimovun, Avropa Komissiyasının Bakı ofisinin və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin və dəyişikliklərdən narazı qalan QHT nümayəndələrinin yaxından iştirakı ilə geniş müzakirə edilib: “Məlumat üçün deyim ki, təşkil olunan üçtərəfli dialoq çox məhsuldar keçdi və narazılıq yaradan bütün məsələlərə aydınlıq gətirildi. Hesab edirəm ki, səmimi keçən bu görüşdən QHT-lər razı qaldılar və onların bir sıra narahatçılığına da son qoyuldu. Yekunda qərara aldıq ki, qanunun praktik tətbiqində ortaya çıxan mümkün problemləri operativ şəkildə həll etmək və müvafiq tədbirlər görmək məqsədilə Şuranın tərkibində hüquq və monitorinq komissiyası yaradılsın”.
Millət vəkilinin sözlərinə görə, bu bir daha onu göstərir ki, Azərbaycan dövləti və vətəndaş cəmiyyəti institutları istənilən məsələnin həlli ilə əlaqədar bir araya gəlib anlaşma əldə etməyə və sivil qaydada dialoq aparmağa qadirdirlər. “Bu baxımdan beynəlxalq təşkilatlara, xüsusilə AŞPA və Avropa Parlamentinə, ayrı-ayrı ölkələrin səfirliklərinə müraciət edərək demək istərdim ki, artıq bu məsələ ilə əlaqədar kənar müdaxilələrə ehtiyac qalmadı və qoy onlar bundan sonra bu mövzunu istismar etməsinlər”- deyə millət vəkili fikrini çatdırıb.
Azay Quliyev "İctimai iştirakçılıq haqqında" qanunun tətbiq edilməsi ilə əlaqədar Prezident İlham Əliyevin imzaladığı 16 yanvar 2014-cü il tarixli fərman haqqında da danışıb. Qeyd olunub ki, bu fərmanda çox mühüm məqamlar, o cümlədən qanunların və Prezident aktlarının “İctimai iştirakçılıq haqqında” qanuna uyğunlaşdırılması, “İctimai iştirakçılıq haqqında” qanunun pozulmasına görə inzibati məsuliyyəti müəyyən edən yeni qanun layihəsinin hazırlanması, qanunun əsas mahiyyətini təşkil edən 1.0.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidentinin həyata keçirməsi kimi olduqca əhəmiyyətli müddəalar öz əksini tapıb.
“Hesab edirəm ki, Prezidentin imzaladığı bu fərman Azərbaycan vətəndaşlarının dövlət idarəçiliyində və qərar qəbulunda yaxından iştirakını təmin edən çox mühüm bir sənəddir. Şübhəsiz ki, bu cür sənədlər dövlət başçısının siyasi iradəsi və vətəndaşlara olan yüksək etimadı və inamı hesabına mümkün olur”- deyən millət vəkili çıxışını “Fürsətdən istifadə edib, ölkəmizin ictimai sektoru adından belə bir demokratik qanunu imzaladığına və onun uğurlu icrasına zəmanət verdiyinə görə cənab Prezidentə dərin təşəkkürümü bildirirəm”- sözləri ilə yekunlaşdırıb.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
08.08.2020
Naxçıvan Qarnizonu Qoşunlarında hərbi andiçmə mərasimləri keçirilib
07.08.2020
Vətəndaşların sağlamlığının qorunması Azərbaycan dövləti üçün prioritetdir
07.08.2020
Azərbaycan-Türkiyə birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsi davam edir - VİDEO
06.08.2020
Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı təlimləri davam edir - VİDEO
06.08.2020
TÜRKİYƏ, AZƏRBAYCAN VƏ RUSİYA EYNİ SƏNGƏRDƏ:İrəvanı yenidən bölmək planı - TƏHLİL

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
2 Dünya nəhənginin yaradılması yolunda ilk addımı atmışıq, öz Henri Fordumuz, öz “Arzu-1“miz -VİDEO
3 Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olunub
4 İspaniyaya turist axını 70 faizdən çox azalıb
5 Finlandiyanın Baş Naziri futbolçuya ərə getdi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info