Türkdilli ölkələrin diaspor təşkilatlarının ortaq mərkəzləri yaradılacaq
Tarix: 03.02.2014 | Saat: 18:50:00 | E-mail | Çapa göndər


İstanbulda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası Təmas qrupunun növbəti toplantısı keçirilib. Toplantıda Türkdilli diasporların birgə fəaliyyət planı müzakirə edilib. Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının sədri Halil Akınçı gündəmdə duran məsələlərlə bağlı məlumat verib. Toplantıda dünyanın müxtəlif regionlarında Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatlarının ortaq mərkəzlərinin qurulması qərara alınıb. Bundan başqa, üzv ölkələrin gəncləri arasında əlaqələrin qurulması məqsədilə Gənclər komissiyasının yaradılması üçün müvafiq layihənin hazırlanması barədə razılığa gəlinib. Müzakirələrdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan tələbələr, jurnalistlər, ədəbiyyat adamları və sənətçilərin Türkiyəyə səfərlərinin təşkili barədə Təmas qrupunda təmsil olunan Türkiyə nümayəndələrinin təklifi qəbul olunub. Təmas qrupu “Türkdilli ölkələrin ortaq strateji maraqları və bölgəmizdəki rolu” mövzusunda beynəlxalq konfransın keçirilməsi barədə təklifi də yekdilliklə qəbul ediblər. Toplantıda həmçinin 2014-cü ildə Bakıda “1918-1920-ci illərdə Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq” mövzusunda tarixçi alimlərin iştirakı ilə elmi-praktiki konfransın keçirilməsi barədə də qərar qəbul olunub. 2015-ci ilin aprel ayında Fransada türkdilli ölkələrin diaspor təşkilatlarının birgə toplantısının keçirilməsi barədə təklif də iştirakçılar tərəfindən müsbət qarşılanıb. Tövsiyə olunub ki, bu tədbirdə “Türkdilli ölkələrin diasporlarının ortaq fəaliyyət strategiyası”ndan irəli gələn vəzifələrin həyata keçirilməsi istiqamətində görülmüş işlər də müzakirə olunsun. Dünyanın nüfuzlu universitetlərində Türk dilləri kafedralarının yaradılması ilə bağlı “Türkdilli diasporların birgə fəaliyyət planı”nda öz əksin tapmış müddəa da toplantıda geniş müzakirə olunub. Qərara gəlinib ki, bununla əlaqədar ortaq komissiya yaradılsın və gələcəkdə belə kafedraların yaradılması üçün müvafiq təkliflər hazırlansın. Aparılmış müzakirələrin nəticəsi olaraq təkliflər nəzərə alınmaqla,“Türkdilli diasporların birgə fəaliyyət planı” qəbul olunub. Daha sonra toplantıda dünyanın müxtəlif regionlarında qurulması nəzərdə tutulmuş Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatlarının ortaq mərkəzlərinin Əsasnaməsi geniş müzakirə olunub.
Nigar




 
Bölməyə aid digər xəbərlər
23.01.2020
Əmək müfəttişliyinin müasir və risk əsaslı nəzarət mexanizmi yaradılır
22.01.2020
Azərbaycan əhalisinin gəlirləri açıqlanıb
22.01.2020
Sabahdan qatarlarda bilet satışı qaydalarına dəyişiklik edilir
22.01.2020
Ötən il 1861 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib
22.01.2020
“Mastercard” və tərəfdaşları “Qiymətsiz Planet Koalisiyası“ yaradıblar

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11435

1 “Tufandağ“ yerli əhali ilə yanaşı, xarici turistlərin də sevimli istirahət məkanına çevrilib
2 Rusiya Ermənistanı sıxır: qazın qiyməti artırıla bilər
3 Azərbaycandakı bütün turizm bələdçiləri qeydiyyata alınacaq
4 Azərbaycanda yalnız sertifikat alanlar bələdçi kimi fəaliyyət göstərə biləcəklər
5 İlin ilk 3 ayı ərzində keçiriləcək imtahanların tarixləri məlum oldu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info