Marat İzmaylov: “Azərbaycan çempionu olmaq istəyirəm“
Tarix: 03.02.2014 | Saat: 20:31:00 | E-mail | Çapa göndər


“Hər şey qəflətən baş verdi. Axşam "Qəbələ"dən təklif aldım və tərəddüd etmədən bunu qəbul etdim. Artıq növbəti gün əşyalarımı toplayaraq Bakıya uçdum".
Bu sözləri "Qəbələ"nin yeni transferi Marat İzmaylov UEFA-nın rəsmi saytına açıqlamasında deyib. Rusiyalı futbolçu "Qəbələ"ni seçməsini belə izah edib: "Hazırda əsas məqsədim tezliklə əvvəlki formamı bərpa etməkdir. Yuri Syomin "Qəbələ"ni seçməyimin əsas səbəbkarlarından biridir. Azərbaycan çempionu olmaq və ölkə kubokunu qazanmaqda ona və komandasına kömək etmək üçün gəlmişəm. Düzdür, fiziki baxımdan hazırlığım istənilən səviyyədə deyil. Ancaq forma yığmaq və nəticə vermək üçün maksimum səy göstərəcəm". M.İzmaylov "Qəbələ"nin heyətində çempion olmaq istədiyini bildirib: "Azərbaycan çempionu olmaq mənim üçün nə dərəcədə vacibdir? Təbii ki, insan hər zaman qələbə qazanmaq istəyir. Hətta uşaq olarkən məhəllə futbolu oynadıqda belə, qalib gəlməyə can atırsan. Üstəlik futbol mənim həyatımın əsas məşğuliyyətidir. Azərbaycanda futbola böyük maraq var. "Qəbələ" ilə çempion olmaq və ölkə kubokunu qazanmaq mənim böyük arzumdur. Daha sonra isə "Portu"ya qayıtmaq istəyirəm". Təcrübəli futbolçu yenidən "Portu"da və Rusiya millisində oynamaq arzusunu da gizlətməyib: "Portu" ilə 2015-ci ilə qədər müqaviləm var. Yenidən ora qayıdıb, komandama kömək etmək istəyirəm və titul qazanmağı arzulayıram. Bu əsas məqsədimdir. Rusiya millisi? Təbii ki, çətin görünsə də bu barədə düşünürəm. Hər şey məndən asılıdır. Əgər "Qəbələ" və "Portu"da mütəmadi oynasam, o zaman milliyə də dəvət ala bilərəm. Buna inanıram".




 
Bölməyə aid digər xəbərlər
07.04.2020
“Bavariya“ Müllerlə yeni müqavilə imzaladı
07.04.2020
Futbolçular klubların təklifinə qarşı çıxdılar
07.04.2020
Kriştianu Ronaldo “Real“a dönməyəcək
07.04.2020
Rusiya Premyer Liqası bərpa oluna bilər
06.04.2020
Qvardiolanın anası koronavirusdan ölüb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info