Ötən il Səbaildə 2220 yeni iş yeri açılıb
Tarix: 03.02.2014 | Saat: 17:44:00 | E-mail | Çapa göndər
Səbail rayonunda 2013-cü ildə sosial-iqtisadi inkişaf istiqamətində görülmüş işlərə yekun vurulub və 2014-cü il üçün qarşıda duran vəzifələr müzakirə olunub.
Hesabat yığıncağında məruzə ilə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ötən il Prezidentin rəhbərliyi altında respublikanın sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş naliyyətlər barədə məlumat verib və 2013-cü il ərzində rayonda görülmüş işləri təhlil edərək həlli vacib olan problemlərin aradan qaldırılması yollarından danışıb. Qeyd olunub ki, 2013-cü ildə Səbail rayonunda nəzərəçarpacaq müsbət dəyişikliklər baş verib, ilin yekunlarına görə sənaye müəssisələri üzrə 23 milyard 347,2 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövründə olduğundan 1,2 % çox məhsul istehsal edilib, nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 561,4 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,3% çox nəqliyyat xidmətləri göstərilib. 2013-cü ildə rayondakı rabitə müəssisələri tərəfindən 637,8 milyon manatlıq və ya əvvəlki ilə nisbətən 0,8 % çox rabitə xidmətləri göstərilib. İl ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 4 milyard 217,9 milyon manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,5 % artıb. Tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 1.617,5 milyon manat olub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tikinti quraşdırma işləri 2,5 dəfə artıb. Keçən il ərzində rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 224 milyon manat məbləğində və ya ötən ilin eyni dövründən 22,6 % çox istehlak malları satılıb, əhaliyə 74,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 29,3 % çox iaşə xidmətləri göstərilib. 2013-cü ilin yanvar-noyabr ayları üzrə Səbail rayonunda çalışan işçilərin sayı 114.056 nəfər, orta aylıq əmək haqqının məbləği isə 1004,2 manat olub ki, bu da əvvəlki illə müqayisədə 4,7 % çoxdur. 2013-cü il ərzində Səbail rayonunda hamısı daimi olmaqla 2220 yeni iş yeri açılıb. Ümumiyyətlə, 2003-cü ilin oktyabrından 2014-ci ilin yanvar ayının 1-dək rayonda 40288 yeni iş yeri açılıb ki, onların da 39420-i daimidir.
2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə «Alov qüllələri» Kompleksindəki «Fairmont Baku» otelinin, Milli İncəsənət Muzeyinin yeni keçid korpusunun, KİV işçiləri üçün yeni yaşayış binasının, Neftçilər prospektində yeni yeraltı avtomobil dayanacağının, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasının açılış, konservasiya işlərindən sonra Qız qalasının, əsaslı təmir və yenidənqurmadan sonra Azərbaycan Dövlət Musiqili Teatrının binasının, Dağüstü parkın, Səbail Rayon İcra Hakimiyyətinin inzibati binasının istifadəyə verilmə və Su İdmanı Sarayının təməlqoyma mərasimləri keçirilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi 7 ünvanında yerləşən 1969-cu ildə tikilmiş 150-dən çox uşağın tərbiyə aldığı 136 saylı uşaq bağçası əsaslı təmir olunub, bağçanın istifadəyə verilmə mərasimində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızı Arzu Əliyeva iştirak ediblər.Ötən il «Fəvvarələr Meydanı»nda 263 avtomobil yerlik yeni yerüstü avtomobil dayanacağı istifadəyə verilib, Azadlıq Meydanının təmiri başa çatdırılıb, meydana yeni asfalt örtüyü çəkilib.
«2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın icrası ilə bağlı 20-ci sahədə 35 kilovoltluq 2 yeni yarımstansiya inşa olunub, 7 və 163 saylı orta məktəblərin binaları, 190 saylı orta məktəbin akt və idman zalı, Bibiheybət qəsəbəsində Mədəniyyət evi və qəsəbə kitabxana binası, 44 saylı uşaq bağçası, 1 saylı şəhər poliklinikası və 33 saylı poliklinikanın əsas və 1 saylı şöbəsi əsaslı təmir olunub, 70 saylı Uşaq bağçası üçün 2 mərtəbəli, 1 musiqi zalı və 3 yardımçı otağı olan əlavə korpus tikilib və bağçanın köhnə binası əsaslı təmir olunub, Cövdət Hacıyev adına 3 saylı musiqi məktəbi sökülərək yenidən tikilib, 20-ci sahədə yeni 19 saylı Köməkçi Təcili Tibbi Yardım Stansiyası və Bibiheybət qəsəbəsində poçt məntəqəsi yaradılıb. Hazırda rayonda bir sıra dövlət əhəmiyyətli iri obyektlərin tikintisi aparılır, bir sıra obyektlərdə təmir-bərpa işləri davam etdirilir. 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Olimpiya Oyunlarına hazırlıq işləri çərçivəsində Neftçilər prospektindəki Əl Oyunları stadionunda əsaslı təmir aparılır. 2012-2013-cü tədris ilində rayonun orta məktəblərini 1458 nəfər bitirib ki, onlardan 1279 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd verib. Abituriyentlərin 927 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında abituriyentlərdən 119 nəfəri 500-dən yuxarı, 35 nəfəri 600-dən, 8 nəfəri isə 650-dən çox bal toplayıb. Məzunlardan 88 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunub. 2012-2013-cü təhsil ilinin yekununa görə 19 məzun qızıl medala layiq görülüb. Ali məktəblərə qəbul olunan 2 nəfər məzun Prezident təqaüdünə layiq görülüb. 2012-2013-cü təhsil ilinin yekununa görə «İlin ən yaxşı ümumtəhsil məktəbi» müsabiqəsində - 6 saylı tam orta məktəb və 160 saylı Klassik Gimnaziya artıq ikici dəfədir ki, «İlin ən yaxşı müəllimi» müsabiqəsində isə rayonumuzun orta məktəblərinin 6 müəllimi qaliblər sırasında olublar. Beynəlxalq Müəllim Günü ərəfəsində ölkə başçısının fərmanına əsasən Səbail rayonu təhsil işçilərindən 2 nəfəri - «Əməkdar müəllim» Fəxri adına və 4 nəfər isə «Tərəqqi» medalına layiq görülüb.
2013-cü ildə ölkədə ən mühüm ictimai-siyasi hadisə olan Prezident seçkiləri zamanı rayondakı hər iki seçki dairəsi üzrə seçkilərin Seçki Qanununa uyğun olaraq keçirilməsi təmin edilib, seçkilər tam şəffaf, ədalətli və demokratik keçirilib. Seçki günü Səbail rayonu üzrə çox yüksək - 71 % seçici fəallığı qeydə alınıb, seçkilərdə iştirak edənlərin 86 %-i öz səslərini İlham Əliyevə verib.
Rayon ərazisində qeydiyyatdan keçən qaçqın və məcburi köçkün soydaşlarımızın rastlaşdığı problemlərin həlli daim RİH-nin diqqət mərkəzində olub.
Yığıncağın sonunda iştirakçılar adından ölkə başçısı İlham Əliyevə müraciət qəbul olunub. Yığıncaqda Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Milli Məclisin deputatları Ziyad Səmədzadə, Şəmsəddin Hacıyev, Fuad Muradov, Dövlət Bayrağı Meydanı Kompleksinin rəisi Rəşad Məmmədov iştirak ediblər.
Nigar




 
Bölməyə aid digər xəbərlər
21.05.2018
Azərbaycanlı müəllimlərə Kembric Universitetinin sertifikatları verilib
21.05.2018
Sumqayıtda Gənclər Klubu yaradılıb
21.05.2018
Müəllimlər sertifikasiyaya cəlb olunacaqlar
21.05.2018
“ASAN Xidmət” əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin qeydiyyatına başlayıb
21.05.2018
“Asan İmza” Almaniyada keçirilən ən böyük Avropa konfransında təmsil olunub

Şərh əlavə olunmayıb



    ,    
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Elşad QOCA
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9291

1 “İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
2 Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var
3 Krasnoyarskda AXC-nin 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirilib
4 Oqtay Əsədov: “Ermənistanın işğalçılıq siyasəti bölgədə sülh və sabitliyə mane olur”
5 “Ermənistan işğalçı tərəf olaraq Laçın rayonunda qeyri-qanuni əməllərini davam etdirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info