Ötən il “Azərsu” ASC-nin 1102 mütəxəssisi təlim kurslarında iştirak edib
Tarix: 04.02.2014 | Saat: 14:30:00 | E-mail | Çapa göndər


“Azərsu” ASC-nin su təchizatı və kanalizasiya sistemlərində yeni texnologiyaların tətbiqi ilə əlaqədar 2013-cü ildə həm ölkə daxilində, həm də xaricdə təşkil olunmuş 54 təlimə Səhmdar Cəmiyyətin 1102 işçisi cəlb olunub.
ASC-nin mətbuat xidmətindən bildiribər ki, mütəxəssislərdən 165 nəfəri Türkiyə, Yaponiya, Koreya Respublikası, Filippin və Sinqapurda keçirilmiş təlimlərdə iştirak etmiş, xarici ölkələrin təcrübəsi ilə tanış olub. Xarici ölkələrə ezam olunmuş mütəxəssislər layihələndirmə, çirkab suların idarəedilməsi və satınalmalar üzrə təlimlər keçiblər.
Həmçinin İstanbul Su Kanal İdarəsi ilə əməkdaşlıq çərçivəsində “Azərsu” ASC-nin 160 gənc mütəxəssisi Türkiyə Su İnstitutu, İstanbul şəhər Sukanal İdarəsi və digər təşkilatlarda istehsalat sahələri ilə tanış olmaq imkanı qazanıblar. Ötən il keçirilmiş seminarlarda Səhmdar Cəmiyyətin mexanika, energetika, avtomatika, içməli su və çirkab sutəmizləyici qurğuların istismarı, abonent işləri, informasiya kommunikasiya texnologiyaları, tikinti və digər sahələr üzrə mütəxəssislər iştirak ediblər. Türkiyənin yüksək ixtisaslı alimləri və mütəxəssisləri tərəfindən aparılan seminarlarda müxtəlif istehsalat sahələrində texnoloji proseslərin incəlikləri əyani şəkildə izah edilib, yeni texnologiyalar barədə məlumatlar verilib.




 
Bölməyə aid digər xəbərlər
20.06.2019
Melihə Əsədova: “Müəllimə verilən dəyər onun üçün stimuldur”
20.06.2019
“Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilib
20.06.2019
Məşğulluq Mərkəzlərinin əməkdaşlarına əlilliyi olan şəxslər üçün özünüməşğulluq proqramı barədə təqdimat keçirilib
20.06.2019
Azərbaycan əhalisinin sayı açıqlandı
20.06.2019
Yayda Bakının torpaq bazarında qiymətlər necə olacaq?

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10812

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info