Avropa Parlamentində “Asan imza”nın təqdimatı olacaq
Tarix: 04.02.2014 | Saat: 14:39:00 | E-mail | Çapa göndər


“Asan imza" mobil elektron imza Brüsseldə Avropa Parlamentində nümayiş etdiriləcək. Bu barədə Vergilər Nazirliyi məlumat yayıb. Nazirlikdən bildiriblər ki, fevralın 19-da baş tutacaq "Asan imza" təqdimatında vergilər naziri Fazil Məmmədovun başçılıq etdiyi nazirliyin nümayəndə heyəti, Avropa Parlamenti və biznes strukturlarının nümayəndələri iştirak edəcəklər.
Vergilər Nazirliyinin mütəxəssisləri rəqəmsal imzadan istifadə etməklə əməliyyatların həyata keçirilməsi üçün proqram təminatının işini nümayiş etdirəcəklər.
Nazirlikdən qeyd ediblər ki, "Asan İmza" elektron imza Avropa İttifaqının direktivlərinə tam uyğundur ki, bu da onun Avropa ölkələri tərəfindən tanınmasını asanlaşdırır.
Qeyd edək ki, Vergilər Nazirliyinin qərarı əsasında yaradılmış "ASAN" Sertifikat Xidmətləri Mərkəzi (ASXM) - autentifikasiya və "ASAN imza" mobil elektron imza sertifikatlarını təqdim edir və dövlət strukturları, özəl sektor və vətəndaşlar tərəfindən sertifikatların və elektron imzaların istifadəsini təmin edən digər xidmətləri həyata keçirir.
Asan İmza (Mobil imza) - Vergilər Nazirliyi, ASAN xidmət mərkəzləri və Mobil operator tərəfindən verilən və elektron xidmət istifadəçisinin autentifikasiyasını, sənədin elektron imzalanmasını və imzalayan şəxsin şəxsiyyətinin müəyyən edilməsini (identifikasiyasını) təmin edən xidmətdir. Asan İmza (Mobil imza) bütün mövcud e-xidmətlərdən istifadəni mümkün edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Azərbaycanda pensiya yaşı belə hesablanacaq
15.10.2019
AQTA əməkdaşları bu dəfə “Bala Tofiq” ləqəbli leş ət satan dələduzu ifşa etdi
15.10.2019
Qanunsuz şəkildə işdən azad edilənlər əvvəlki yerlərinə bərpa ediliblər
14.10.2019
Naxçıvan şəhərində “Gənclər Yaşayış Kompleksi” tikilir: VİDEO
14.10.2019
Özəl sektorda əməkhaqqı fondu 33,4 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
5 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info