İsrailin Lod şəhərinin meri: “Mən Ermənistanın işğalçı siyasətini kəskin şəkildə pisləyirəm”
Tarix: 04.02.2014 | Saat: 16:25:00 | E-mail | Çapa göndər


İlk dəfə olaraq, İsrailin mərkəzində yerləşən Lod şəhər sakinləri Azərbaycanın müasir tarixinin ən kədərli və qanlı səhifələrindən biri ilə - qanlı Xocalı qətliamı ilə tanış olublar.
Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının ("Azİz") mətbuat xidmətindən “Palitra”ya verilən məlumata görə, fotosərgi Heydər Əliyev Fondunun və Lod şəhəri bələdiyyəsinin dəstəyi ilə bu assosiasiya tərəfindən təşkil olunub.
Xocalı faciəsinə həsr olunmuş tədbirdə əslən Azərbaycandan olanlarla yanaşı, həm də orta yaşlı insanlar və gənclər, yeniyetmələr də iştirak ediblər. Tədbiri Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının idarə heyətinin üzvü, vəkil İlana Laytman açıb. Onu da qeyd edək ki, Laytman bu tədbirin təşəbbüskarıdır və eyni zamanda "Yəhudi Evi" partiyasının fəal üzvülərindəndir. Həmçinin Lod şəhəri xeyli sayda Azərbaycan əsilli insanların yaşadığı bir məkandır.
Çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Yeganə Salman qeyd edib ki, misli görünməmiş vəhşiliklə törədilmiş Xocalı soyqırımı XX əsrin ən qorxunc faciələrindən biridir. “Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri – Xocalı şəhəri bir gecədə yerlə-yeksan edilərək yandırılıb. Bu faciə bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Erməni silahlı birləşmələrinin əməlləri nəticəsində 613 nəfər qətlə yetirilib, 487 adam əlil olub, 1275 dinc sakin–qocalar, uşaqlar, qadınlar əsir götürülərək görünməmiş işgəncələrə, təhqirlərə məruz qalıblar”.
Xocalıya həsr olunmuş fotosərginin açılışına gələn İsrail parlamentinin deputatı Şuli Mualem tədbir iştirakçıları qarşısında çıxış edərək, sərgidə gördüklərindən öz hiddətini gizlədə bilməyib. "İnanıram ki, Xocalıya ədalət zəfər çalacaq və azərbaycanlı qaçqınların hüquqları bərpa olunacaq, həm də Xocalıda həlak olanların xatirəsi xalqın yaddaşında həmişəlik qalacaq" – deyə İsrailli millət vəkili qeyd edib.
Fotosərgidə çıxış edən Lod şəhərin meri Yair Revivo qeyd edib ki, Xocalı soyqırımına həsr olunmuş bu sənədli şəkillər, dözülməz, dəhşətli səhnələr Azərbaycan xalqının ürəyində sağalmaz bir yara açıb. "Mən Azərbaycana qarşı Ermənistanın işğalçı siyasətini kəskin şəkildə pisləyirəm və qardaş Azərbaycan xalqına dəstəyimi bildirmək istəyirəm" –deyə Yair Revivo bildirib.
İsrail parlamentinin deputatı Şuli Mualem, Lod şəhərin meri Yair Revivo və digər sərgiyə gələn qonaqlar Xocalı faciəsi qurbanlarının xatirə kitabına ürək sözlərini yazıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
11.08.2020
Azərbaycan domen adlarının milli inzibatçısı müəyyənləşdi
11.08.2020
Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
11.08.2020
Azərbaycan və Türkiyə XİN başçıları arasında geniş tərkibli görüş keçirilib
11.08.2020
Qardaş Azərbaycanın yanındayıq, yanında olmağa da davam edəcəyik
11.08.2020
Serbiya Baş Nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi Azərbaycana gəlib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Dr. Səttar Yaqubov: Koronovirusla mübarizə aparan Mərkəzi Gömrük Hospitalının tibb personalının sağlamlığının qorunması bizim əsas vəzifə borcumuzdur
2 Statistika sahəsində hesabatlılığın səmərəliliyi artacaq, məlumatlardan istifadə imkanları sadələşəcək
3 Gürcüstanın turizm gəlirləri 80 faiz azalacaq
4 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
5 Turizm Agentliyi sahibkarlara müraciət edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info