XİN rəhbəri: “Əgər biz Ermənistan tərəfinin konstruktiv reaksiyasını görsək...”
Tarix: 04.02.2014 | Saat: 16:46:00 | E-mail | Çapa göndər


Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki proseslər təhlil edilərkən vəziyyətin gərgin olaraq qaldığı görünür. “Palitra”nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə deyib.
Nazirin sözlərinə görə, Azərbaycan hazırda konkret məsələlər üzərində gedən danışıqların davam etdirilməsinə tərəfdardır. Bu məsələlər bir sıra təkliflərlə Yerevana yola düşəcək ATƏT-in Minsk qrupunun həmsədrləri ilə müzakirə olunub.
Nazir deyib: "Əgər biz Ermənistan tərəfinin konstruktiv reaksiyasını görsək, onda danışıqlar davam etdirilə bilər".
Qeyd edək ki, yanvarın ortalarından başlayaraq cəbhə xəttində vəziyyət gərginləşib. Erməni Silahlı Qüvvələri intensiv şəkildə atəşkəs rejimini pozub. O dövrdən bu vaxta qədər atəşkəs rejimi 2000 dəfəyə yaxın pozulub. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, erməni diversiya qrupunun təmas xəttini keçmək cəhdinin qarşısı alınarkən Milli Ordumuzun iki zabiti şəhid olub, qarşı tərəf isə onlarla itki verib.
Tovuzun Əlibəyli kəndi istiqamətində isə erməni silahlı qüvvələrinin bir hərbi maşını zərərsizləşdirilib. Əlibəyli kəndinə keçməyə cəhd edərkən isə erməni diversiya qrupunun bir bələdçisi saxlanılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
08.12.2019
Azərbaycan XİN Ukraynaya başsağlığı verib
08.12.2019
Azərbaycan Ermənistanla bağlı BMT-yə növbəti dəfə müraciət etdi
08.12.2019
“Münaqişənin bu variantda həlli…”
07.12.2019
İran Azərbaycanla peyk istehsalı sahəsində əməkdaşlıq etmək istəyir
05.12.2019
Elmar Məmmədyarov: Azərbaycan ərazilərinin hərbi işğalı həll yolu deyil və heç vaxt Ermənistanın istədiyi siyasi nəticəni verməyəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11400

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info