Daxili Qoşunlar Türkiyə Jandarması ilə əməkdaşlığı genişləndirir
Tarix: 04.02.2014 | Saat: 17:19:00 | E-mail | Çapa göndər


Daxili işlər nazirinin müavini - Daxili Qoşunların Komandanı general-mayor Şahin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına rəsmi səfər edib.
Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların mətbuat xidmətindən verilən məlumata görə, səfərin ilk günü nümayəndə heyəti "Anıtkabir"i ziyarət edib, Atatürk mavzoleyinə gül çələngi qoyub.
Şahin Məmmədov Türkiyə Respublikasının Jandarm Baş Komandanı Ordu generalı Servet Yörük ilə də görüşüb. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə ordu generalı Servet Yörük Daxili Qoşunların Komandanı general-mayor Şahin Məmmədovu səmimi salamlayaraq, onu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib.
Jandarm Baş Komandanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə Türkiyə Respublikası Silahlı Qüvvələri və Jandarm Qüvvələri arasında işgüzar əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasını diqqətə çatdıraraq, Daxili Qoşunların daha da təkmilləşdirilməsi üçün daima lazımi dəstək göstərməyə hazır olduqlarını vurğulayıb.
General-mayor Ş.Məmmədov səmimi və qonaqpərvər qəbul üçün dərin təşəkkürünü bildirərək, Türkiyə Respublikasına rəsmi səfər etməsindən məmnunluğunu ifadə edib.
Fevralın 6-dək davam edəcək səfər çərçivəsində general-mayor Ş.Məmmədov və nümayəndə heyəti Hərbi Akademiyalar Komandanı Ordu generalı Yalçın Ataman, Jandarm Təlim Komandanı general-polkovnik İbrahim Yaşar, Jandarm Məktəblər Komandanı general-leytenant Ali Lapanta, Ankara Jandarm Bölgə Komandanı general-mayor Musa Çitil və digər vəzifəli şəxslərlə görüşəcək.
Səfər proqramına uyğun olaraq, Daxili Qoşunların nümayəndə heyəti Jandarm Praktiki Təlim Mərkəzində və Jandarm Özəl Asayiş Komandanlığında müxtəlif mövzularda göstərici məşğələni izləyəcək.
General-mayor Ş.Məmmədov İstanbul şəhərində yerləşən Hərbi Akademiyada təhsil alan azərbaycanlı zabitlərlə də görüşəcək.
Nümayəndə heyəti həmçinin, Jandarmanın və Türkiyənin şanlı tarixini əks etdirən muzeylərdə olacaqlar.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Azərbaycanda pensiya yaşı belə hesablanacaq
15.10.2019
AQTA əməkdaşları bu dəfə “Bala Tofiq” ləqəbli leş ət satan dələduzu ifşa etdi
15.10.2019
Qanunsuz şəkildə işdən azad edilənlər əvvəlki yerlərinə bərpa ediliblər
14.10.2019
Naxçıvan şəhərində “Gənclər Yaşayış Kompleksi” tikilir: VİDEO
14.10.2019
Özəl sektorda əməkhaqqı fondu 33,4 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
5 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info