“Azərbaycan dünyada nüvə təhlükəsizliyinə öz töhfəsini verə bilər“
Tarix: 04.02.2014 | Saat: 17:44:00 | E-mail | Çapa göndər


Niderland Azərbaycanla əməkdaşlığa böyük önəm verir. “Palitra”nın məlumatına görə, bunu Niderlandın xarici işlər naziri Frans Timmermans Bakıda azərbaycanlı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Bakıya cari səfər Niderland üçün çox vacibdir və ölkələrin səmərəli əməkdaşlıq edə biləcəyi bir çox sahə mövcuddur: "Niderland üçün Azərbaycan-Avropa İttifaqı münasibətləri də əhəmiyyət kəsb edir. Çünki həmin münasibətlər ikitərəfli əlaqələrdə yeni era açır".
F.Timmermans qeyd edib ki, Azərbaycan Haaqada Nüvə təhlükəsizliyi sammitində iştirak etməyə dəvət olunub və ölkə mərasimdə iştirak etməyə razılıq verib: "Azərbaycan dünyada nüvə təhlükəsizliyinə öz töhfəsini verə bilər".
Öz növbəsində, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, iki ölkə arasında yaxşı münasibətlər mövcuddur: "İki ölkə arasında danışıqlar zamanı vacib mövzulardan biri enerji sahəsində əməkdaşlıq olub".
Qeyd edək ki, 2014-cü il martın 24-25-də Haaqada keçiriləcək III Nüvə təhlükəsizliyi sammitinin əsas mövzusu nüvə terrorçuluğu və nüvə materiallarının qaçaqmalçılığına qarşı mübarizə olacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
07.08.2020
Azərbaycan-Türkiyə birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsi davam edir - VİDEO
06.08.2020
Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı təlimləri davam edir - VİDEO
06.08.2020
TÜRKİYƏ, AZƏRBAYCAN VƏ RUSİYA EYNİ SƏNGƏRDƏ:İrəvanı yenidən bölmək planı - TƏHLİL
05.08.2020
“TurAz Qartalı - 2020” təlimlərinə döyüş helikopterləri də cəlb edilib
05.08.2020
Azərbaycanda həyata keçirilən sosial dəstək tədbirləri nümunəvi xarakter daşıyır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Bakıda 34 dərəcə isti, rayonlarda dolu, leysan gözlənilir
2 Avqustun 2-si Azərbaycanda Milli Kino Günüdür
3 Qafqaz uzunömürlülüyünün sirri tapıldı - Kabab yeyin
4 Dünya nəhənginin yaradılması yolunda ilk addımı atmışıq, öz Henri Fordumuz, öz “Arzu-1“miz -VİDEO
5 Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info