“Arizona Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
Tarix: 04.02.2014 | Saat: 23:35:00 | E-mail | Çapa göndər


Amerikada çıxan ispandilli “Eurasıa Hoy” qəzetində “Arizona Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir” sərlövhəli məqalə dərc edilib. Məqalədə söhbət Arizona ştatının Nümayəndələr Palatasının Azərbaycanla münasibətləri haqqında yanvarın 30-da qəbul edilmiş qətnamədən gedir.
Qətnamədə göstərilir ki, ABŞ və Arizona ştatı Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Beynəlxalq birlik Dağlıq Qarabağı müstəqil qurum kimi tanımır. Müəllif daha sonra yazır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupuna bu problemin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, habelə ATƏT-in qəbul etdiyi qərarlar və sənədlər əsasında həll edilməsi tapşırılıb. Vurğulanır ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə bu barədə 822, 853, 874 və 884 nömrəli qətnamələr qəbul edib. Müəllif yazır ki, Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə, Ermənistan tərəfindən Azərbaycana ərazi iddiaları irəli sürülən vaxt başlanıb. Münaqişə başlanandan və 1992-ci ildə geniş yayılandan 1994-cü ildə atəşkəs haqqında saziş imzalana qədər erməni silahlı qüvvələri Dağlıq Qarabağda etnik təmizləmə aparıb, 600 minə qədər azərbaycanlını doğma yurdlarından qovublar. Erməni işğalçı qoşunlarının münaqişə zonasından dərhal çıxarılmasını tələb edən qətnamələrin heç biri bu günə qədər yerinə yetirilməyib. Qətnamədə həm də Azərbaycanın və bu regionda ABŞ-ın müttəfiqlərinin inkişafı üçün Azərbaycan tərəfindən həyata keçirilən strateji əhəmiyyətli regionlararası enerji və nəqliyyat layihələrindən, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələrindən bəhs edilir. Müəllif vurğulayır ki, bu qətnamə Arizona parlamenti tərəfindən Azərbaycana dair qəbul edilmiş ikinci qətnamədir. 2013-cü ilin may ayında qəbul edilmiş birinci qətnamə Amerika-Azərbaycan strateji tərəfdaşlığına həsr edilib. Məqalənin sonunda qeyd edilir ki, ABŞ hökuməti Azərbaycanla sıx əlaqə saxlayır. Sovet İttifaqı dağılandan dərhal sonra Azərbaycanın müstəqilliyini tanımış ilk ölkələrdən biri ABŞ olub. Vaşinqton və Bakı energetika və təhlükəsizlik sahəsində əməkdaşlığı davam etdirir. Arizona ABŞ-ın Meksika ilə həmsərhəd ştatlarından biridir. Ştatın vətəndaşlarının 30 faizə qədəri ispandillidir.
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Saakaşvili: “Qarabağ Azərbaycandır, bütün dünya bu fikirdədir”
20.08.2019
Xalq “5-ci kolon”a şans verməyəcək
20.08.2019
Ordumuzda olan, 3000 metr məsafədə helikopteri məhv edən “İqla S“ raket kompleksi
19.08.2019
“Ulduzu barışmayan” AXCP-ReAl
19.08.2019
Gürcüstanla Dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının ekspertlərinin işçi görüşü olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info