Cefri Kolins: “Azərbaycan regionun əsas dövlətidir”
Tarix: 04.02.2014 | Saat: 23:40:00 | E-mail | Çapa göndər


ABŞ-ın beynəlxalq münasibətlər üzrə ixtisaslaşmış aparıcı təşkilatlarından hesab olunan “Qlobal Məsələlər Şurası”nın San Fransisko bölməsində Azərbaycana həsr edilmiş tədbir keçirilib. Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən xəbərə görə, tədbir təşkilatçıları tərəfindən əsas qonaq qismində dəvət olunmuş Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov “Azərbaycan və Avrasiya məkanında dəyişən regional dinamika” mövzusunda çıxış edib.
Tədbir, sabiq amerikalı diplomat, Ağ Evin keçmiş əməkdaşı, hazırda isə Şevron Korporasiyasının siyasət üzrə aparıcı məsləhətçisi Cefri Kolins tərəfindən idarə olunub. C.Kolins, Azərbaycanın müsəlman Şərqində ilk demokratik respublika olduğunu və ölkəmizin Şərqlə-Qərb arasında strateji coğrafiyada yerləşdiyini bildirib. Daha sonra o, Azərbaycanın öz enerji resurslarını dünya bazarına çıxaran ilk Xəzəryanı ölkə olduğunu söyləyib, bunun ölkənin dünya enerji bazarlarına inteqrasiyası baxımından əhəmiyyətli olduğunu göstərib. Ölkəmizin beynəlxalq və regional sülhün və sabitliyin qorunmasına verdiyi töhfələrdən danışan sabiq diplomat, Azərbaycanın regionun əsas dövləti olduğunu, habelə Əfqanıstan və digər beynəlxalq sülhməramlı missiyalarda iştirak etdiyini xüsusilə vurğulayıb. Çıxışının sonunda C.Kolins Ermənistan-Azərbaycan münaqişəsinə də toxunub, bu münaqişənin hər iki tərəfdən indiyədək 30 000-dən çox insanın həyatına son qoyduğunu diqqətə çəkərək, tezliklə tərəflər arasında sülhün yaranacağına ümidini ifadə edib. Daha sonra çıxış edən E.Süleymanov ölkəmizin yerləşdiyi geostrateji məkan barədə tədbir iştirakçılarını məlumatlandırıb. Azərbaycanda tarixən dini və etnik tolerantlılığın olduğundan danışan azərbaycanlı diplomat bu gün də müxtəlif dini inanclara malik insanların ölkəmizdə tam rahat yaşadıqlarını bildirib. Səfir E.Süleymanov Azərbaycanın beynəlxalq uğurlarının təkcə ölkəmizin yerləşdiyi coğrafi məkan və malik olduğu təbii sərvətlərlə deyil, ölkə rəhbərliyinin yürütdüyü praqmatik və uzaqgörən siyasətlə bağlı olduğunu bildirib. Belə ki, ötən ilin 17 dekabr tarixində Avropa üçün tarixi əhəmiyyətə malik “Şahdəniz -2” layihəsi üzrə yekun qərar imzalanıb. Səfir, bunun Xəzər hövzəsindən - Azərbaycandan Avropaya Cənub Qaz Dəhlizinin açılışı üçün əhəmiyyətli addım olduğunu bildirib. Ümumi dəyəri 45 mlrd. ABŞ dolları olan “Cənub Qaz Dəhlizi”nin keçdiyi ölkələrdə 30 000-dən çox iş yerinin açılacağı tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Daha sonra Azərbaycanın fəal iştirakı ilə regionda həyata keçirilən digər iri infrastruktur layihələri barədə xəbər verən səfir, Şərqdən Qərbə və əks istiqamətdə uzanan nəqliyyat məsafəsini əhəmiyyətli dərəcədə qısaldacaq Bakı-Tbilisi-Qars dəmiryolu xətti barədə danışıb. Ötən əsrin 80-ci illərinin sonlarından ölkəmizdə müstəqillik uğurunda mübarizənin gücləndiyini və bu müstəqilliyin heç də asan əldə edilmədiyini bildirən səfir E.Süleymanov müstəqilliyin ilk illərindən Azərbaycanın Ermənistan tərəfindən hərbi təcavüzə məruz qaldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, ölkəmizin bir hissəsinin Ermənistan silahlı qüvvələri tərəfindən hələ də işğal altında saxlandığını, 1 milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkün olduğunu söyləyib.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Saakaşvili: “Qarabağ Azərbaycandır, bütün dünya bu fikirdədir”
20.08.2019
Xalq “5-ci kolon”a şans verməyəcək
20.08.2019
Ordumuzda olan, 3000 metr məsafədə helikopteri məhv edən “İqla S“ raket kompleksi
19.08.2019
“Ulduzu barışmayan” AXCP-ReAl
19.08.2019
Gürcüstanla Dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının ekspertlərinin işçi görüşü olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info