Ermənistanda miqrasiya ilə bağlı şok rəqəmlər
Tarix: 05.02.2014 | Saat: 15:07:00 | E-mail | Çapa göndər


Ermənistan miqrantlarının 98,6 faizi qazanc arxasınca Rusiyaya gedir. ARKA-nın verdiyi məlumata görə, bunu "AM Partners" konsaltinq şirkətinin proqram rəhbəri Vardan Aqbalyan deyib.
Onun sözlərinə görə, Ermənistandan əmək miqrasiyasının artımı 1998-1999-cu illərdə başlayıb və bu günədək azalmır: "Əmək miqrantlarının 45 faizi öz təşəbbüsü, 55 faizi isə işə dəvət üzrə ölkəni tərk edilər".
V. Aqbalyan qeyd edib ki, miqrantlar əsasən bir il müddətinə gedirlər: "Onlar üçün işlər mövsümi xarakter daşıyır".
Ekspertin sözlərinə görə, miqrantların 85 faizi ölkədə iş yerlərinin olmamasını, 40 faizə yaxını isə əməkhaqqının aşağı olmasını əsas gətirərək xarici ölkələrə üz tutduqlarını deyir.
V.Aqbalyan bildirib ki, bu məlumatlar 2013-cü ilin oktyabr-noyabr aylarında Ermənistanın 4 regionunda aparılmış monitorinqin nəticələri əsasında əldə edilib.
Qeyd edək ki, dəfələrlə Ermənistanda əhalinin iş dalınca müxtəlif ölkələr kütləvi şəkildə axın etməsi barədə ilginc statistika açıqlanıb. Budəfəki rəqəmlərdə isə təkcə 4 region üzrə belə acınacaqlı vəziyyətin olması diqqət çəkən məqamdır
Tural




 
Bölməyə aid digər xəbərlər
17.08.2018
Vardan Bostanjyan: “Ermənistanda iqtisadi siyasət yoxdur”
17.08.2018
Sabiq erməni baş nazirin qızının evində axtarış
15.08.2018
Ermənistanda unun qiyməti bahalaşdı
14.08.2018
«ArmenianReport»: “Cənab Paşinyan, göstərdiyiniz şou kifayətdir, biz çörək istəyirik”
13.08.2018
“Armenianreport.com”: ”Artaşatdakı ticarətçilər etiraz aksiyasına başlayıblar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9889

1 DSX rəisi at çapan qızla görüşüb
2 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
3 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
4 Türkiyə mediası V Zirvə toplantısından yazır
5 Kürşad Zorlu: ”Xəzərin statusuna dair razılaşma Türkiyə üçün də böyük əhəmiyyət daşıyır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info