Penitensiar müəssisələrdə elektron məlumat köşkləri quraşdırılacaq
Tarix: 06.02.2014 | Saat: 14:36:00 | E-mail | Çapa göndər


Penitensiar müəssisələrdə cəza çəkməkdən azad ediləcək şəxslərin əmək bazarında mövcud vəziyyət və vakansiyalar barədə məlumat əldə edə bilmək imkanlarına malik olması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən həmin müəssisələrdə elektron məlumat köşklərinin quraşdırılması nəzərdə tutulur.
ƏƏSMN-in mətbuat xidmətindən verilən məlumata görə, bu tədbir Dövlət Məşğulluq Xidmətinin cari ilə dair Tədbirlər planında əksini tapıb.
Yaxın vaxtlarda cəza çəkməkdən azad ediləcək şəxslər elektron məlumat köşkləri vasitəsilə əmək bazarında tələb olunan peşə və ixtisaslar, həmçinin Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri, o cümlədən peşə hazırlığı kurslarının təşkili, bu kurslara cəlb olunma qaydaları barədə məlumat ala biləcəklər.
Qeyd edək ki, işsiz və işaxtaran vətəndaşların boş iş yerləri haqqında məlumat əldə etmək imkanlarının genişləndirilməsi üçün artıq 20-dək ali təhsil müəssisəsində, bütün rayon (şəhər) Məşğulluq Mərkəzlərində və Əmək birjalarında, Regional Peşə Tədrisi Mərkəzlərində, müxtəlif bölgələrdə əhalinin sıx toplaşdığı yerlərdə, ümumilikdə 129 yerdə belə köşklər quraşdırılıb
Tural




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Azərbaycanda bu şəxslərə verilən pul təminatı artırılır
24.06.2019
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar
24.06.2019
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir
23.06.2019
Naxçıvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkasında bolluq və ucuzluqdur
22.06.2019
Naxçıvan Muxtar Respublikası əhalisinin sayı 457 min nəfərə çatır

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info