Smart qaz sayğaclarından istifadə daha asan olacaq
Tarix: 06.02.2014 | Saat: 14:47:00 | E-mail | Çapa göndər


Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi fevral ayından başlayaraq, abonentlərə 1 saylı Bakı “ASAN xidmət” mərkəzində xidmətlərini təklif edəcək. Birlikdən verilən məlumata görə, yaşadığı ərazidən asılı olmayaraq, bütün abonentlərin müraciət edə biləcəyi bu mərkəzdə vətəndaşlara heç bir müddət müəyyənləşdirilmədən, dərhal icra olunması nəzərdə tutulan 5 növ xidmət göstəriləcək.
Abonentlərə göstəriləcək xidmətlərdən biri itirilmiş smart kartın bərpası xidmətidir. Bu xidmət üçün bazada qeydiyyatda olan abonentin şəxsən özü tərəfindən təqdim edilən şəxsiyyət vəsiqəsinin əsli və yaxud notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında çıxış edən vətəndaşın şəxsən özü tərəfindən təqdim edilən şəxsiyyət vəsiqəsinin əsli, smart tipli sayğacın nömrəsi və yaxud abonent kodu tələb olunur. Kartın dəyəri 5 manatdır. Artıq qeydiyyatda olan və yerli Qaz İstismar Sahəsində təsdiq olunmuş məcburi köçkün abonentlərinin limitlərinin verilməsi də asanlıqla həyata keçiriləcək. Bu xidmət üçün bazada qeydiyyatda olan abonentin şəxsən özü tərəfindən təqdim edilən şəxsiyyət vəsiqəsinin əsli və yaxud notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında çıxış edən vətəndaşın şəxsən özü tərəfindən təqdim edilən şəxsiyyət vəsiqəsinin əsli, eləcə də smart kart tələb olunur. Xidmət üçün heç bir rüsum tələb olunmur. Daha bir xidmət saldoların çap olunması və borc haqqında məlumatın verilməsini əhatə edir. Bu xidmət üçün bazada qeydiyyatda olan abonentin şəxsən özü tərəfindən təqdim edilən şəxsiyyət vəsiqəsinin əsli və yaxud notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında çıxış edən vətəndaşın şəxsən özü tərəfindən təqdim edilən şəxsiyyət vəsiqəsinin əsli, eləcə də smart kart tələb olunur. Xidmət üçün heç bir rüsum tələb olunmur.
Smart tipli sayğaclardan istifadə edən abonentlərin şəxsi məlumatlarında dəyişikliklərin edilməsi sözügedən xidmətlərə daxildir. Bu xidmət üçün bazada qeydiyyatda olan abonentin şəxsən özü tərəfindən təqdim edilən şəxsiyyət vəsiqəsinin əsli və yaxud notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında çıxış edən vətəndaşın şəxsən özü tərəfindən təqdim edilən şəxsiyyət vəsiqəsinin əsli, smart kart, həmçinin mülkiyyəti təsdiq edən sənədlərin əsli (mülkiyyətin qeydiyyat vərəqəsi və yaxud alqı-satqı müqaviləsi) tələb olunur. Xidmət üçün heç bir rüsum tələb olunmur. Smart tipli sayğacların istismarı ilə bağlı məlumatın verilməsi də abonentlərə göstərilən xidmətlər sırasında yer alır. Bu xidmət üçün sənəd və rüsum tələb olunmur. Qeyd edək ki, bütün xidmətlər yalnız “İTRON-SOCAR” sayğaclarından istifadə edən abonentlər üçün nəzərdə tutulur. Gələcəkdə “Azəriqaz” İB tərəfindən xidmətlərin sayının artırılması, bu xidmətlərin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulub. Nəticədə xidmətlər Bakı şəhərində yerləşən 2, 3 və 4 saylı, eləcə də Gəncə və Sumqayıt şəhərlərində yerləşən “ASAN xidmət” mərkəzlərini əhatə edəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Azərbaycanda pensiya yaşı belə hesablanacaq
15.10.2019
AQTA əməkdaşları bu dəfə “Bala Tofiq” ləqəbli leş ət satan dələduzu ifşa etdi
15.10.2019
Qanunsuz şəkildə işdən azad edilənlər əvvəlki yerlərinə bərpa ediliblər
14.10.2019
Naxçıvan şəhərində “Gənclər Yaşayış Kompleksi” tikilir: VİDEO
14.10.2019
Özəl sektorda əməkhaqqı fondu 33,4 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
5 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info