23 mindən çox vətəndaş mobil elektron imza sahibi olub
Tarix: 06.02.2014 | Saat: 17:20:00 | E-mail | Çapa göndər


“Azərbaycanda "ASAN İmza" mobil rəqəmsal imza sahiblərinin sayı 23 min nəfəri ötüb”. “Palitra”nın məlumatına görə, bunu jurnalistlərə Vergilər Nazirliyinin Hüquq İdarəsinin rəisi Samir Musayev deyib.
Onun sözlərinə görə, "ASAN İmza"nın işə salınmasından az müddət keçsə də, bu layihənin uğurlarından və populyarlığından danışmaq olar: "Mobil elektron imzanın istifadəsi üzrə əməliyyatların ümumi sayı 2 milyonu ötüb".
S. Musayev qeyd edib ki, xarici tərəfdaşlar Azərbaycanın təcrübəsinə maraq göstərirlər: "Bizə Avropa, Gürcüstan və Qazaxıstandan müraciətlər daxil olur. Məlum olduğu kimi "ASAN İmza" layihəsi tezliklə Avropa Parlamentində təqdim olunacaq. Elektron imza Avropanın keyfiyyət və təhlükəsizlik üzrə bütün tələblərinə cavab verir. Buna görə də "ASAN İmza" gələcəkdə digər dövlətlər tərəfindən də tanınacaq ki, bu da sahibkarlara müəyyən fayda verəcək. Azərbaycan belə imzaları tətbiq edən azsaylı ölkələrdən biridir və Brüsseldə "ASAN İmza" Azərbaycanın original məhsulu kimi təqdim olunacaq".
Qeyd edək ki, Azərbaycanda mobil elektron imzanın tətbiqinə 2013-cü ilin mayından başlanılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.06.2019
Melihə Əsədova: “Müəllimə verilən dəyər onun üçün stimuldur”
20.06.2019
“Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilib
20.06.2019
Məşğulluq Mərkəzlərinin əməkdaşlarına əlilliyi olan şəxslər üçün özünüməşğulluq proqramı barədə təqdimat keçirilib
20.06.2019
Azərbaycan əhalisinin sayı açıqlandı
20.06.2019
Yayda Bakının torpaq bazarında qiymətlər necə olacaq?

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10812

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info