“Vergi ödəyiciləri ilə münasibətlərin yeni əsaslarda qurulmasına başlanılıb”
Tarix: 07.02.2014 | Saat: 14:25:00 | E-mail | Çapa göndər


Bu gün Azərbaycanın vergi sistemi vergiödəyicilərə dünyada tətbiq olunan xidmətlərin əksəriyyətini təklif etmək iqtidarındadır. “Palitra”nın məlumatına görə, bu barədə vergilər naziri Fazil Məmmədov Bakıda "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" mövzusunda keçirilən III Vergi Forumunda çıxışı zamanı deyib. Nazir bildirib: "Biz elə bir sistem qurmağa çalışırıq ki, vergiödəyici vergi orqanına gəlmədən, praktiki olaraq, distant formatda dövlət qarşısında bütün vergi öhdəliklərini yerinə yetirə bilsin". O da bildirilib ki, hazırda Vergilər Nazirliyi vergi ödəyicilərinə 50-dən çox elektron xidmət göstərir. Nazir həmçinin qeyd edib: "Bu, respublikamızda tətbiq olunan ən geniş elektron xidmətlər toplusudur. 2014-cü ildə vergi ödəyiciləri ilə münasibətlərin yeni əsaslarda qurulmasına başlanılıb. Artıq sahibkarlarla ilk tərəfdaşlıq sazişlərinin bağlanmasına başlanılıb. Bu qarşılıqlı etimada əsaslanan, biznesin öz vergi öhdəliklərinə, vergi orqanlarının isə yeni nəzarət mexanizmlərinin tətbiqinə daha məsuliyyətli yanaşma formasıdır".
Nazir qarşıdakı illərdə hər iki tərəfin bu münasibətlərin faydasını hiss edəcəyinə ümidini ifadə edib.
Onun sözlərinə görə, nazirliyin bir sıra sahələrdə vergi nəzarətinin artırılması ilə bağlı yeni mexanizmlərin yaradılması planları var: "Ortamüddətli perspektivdə 2013-cü ildə ilk pilot layihəsinə start verdiyimiz elektron auditin tammiqyaslı tətbiqi, eləcə də transfert qiymətlərinin tənzimlənməsi və elektron kommersiyanın vergi nəzarəti mexanizmləri üzərində işləri davam etdirəcəyik".
Nazir Vergilər Nazirliyinin biznes mühitin səmərəliliyinin artırılması üçün vergi sisteminin stimullaşdırıcı rolunu gücləndirməyə yönəlmiş addımları davam etdirəcəyini də vurğulayıb. Onun sözlərinə görə, müasir qlobal çağırışlar vergi orqanları tərəfindən daha fəal siyasətin aparılmasını tələb edir: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2014-cü ili "Sənaye ili" elan edib. Bu baxımdan cari ildə sənayenin inkişafında ciddi irəliləyişlər gözlənilir. Dünya iqtisadiyyatında innovasiyalı iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi hesab edilən, milli iqtisadiyyatda yeni sahələrinin formalaşmasında və rəqabətqabiliyyətli olmasında böyük rolu ola biləcək texnoparkların yaradılması iqtisadi sistemdə ciddi dəyişikliklər vəd edir. Bu baxımdan beynəlxalq təcrübəyə əsaslanaraq, eləcə də orta və uzunmüddətli perspektivdə sənaye parklarının və texnoparkların inkişafını stimullaşdırmaq üçün həmin parklarda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər 7 il müddətinə, parkların idarəedici təşkilat və operatorları isə müddətsiz vergilərdən azad edilmişlər".
Onun sözlərinə görə, Azərbaycanın yaxın illərdə qarşısında duran əsas məsələlərdən biri iqtisadiyyatda karbohidrogen ehtiyatlarından asılılığı azaltmaq və qeyri-neft sektorunun, o cümlədən onun aparıcı tərkib hissəsi olan sənaye sektorunun sürətli inkişafını təmin etməkdir: "Bütün bunlar "Azərbaycan - 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının əsas hədəfləri sırasındadır".

Tural




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Azərbaycanda bu şəxslərə verilən pul təminatı artırılır
24.06.2019
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar
24.06.2019
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir
23.06.2019
Naxçıvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkasında bolluq və ucuzluqdur
22.06.2019
Naxçıvan Muxtar Respublikası əhalisinin sayı 457 min nəfərə çatır

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info