Əlillərə avtomobillər növbəlilik prinsipi ilə veriləcək
Tarix: 07.02.2014 | Saat: 15:39:00 | E-mail | Çapa göndər


Pulsuz avtomaşın almaq üçün növbəyə dayanmış Qarabağ müharibəsi əlillərinə, 20 Yanvar əlillərinə, Böyük Vətən müharibəsi əlillərinə və onlara bərabər tutulan şəxslərə avtomobillərin verilməsi tam şəffaf prinsiplərlə həyata keçiriləcək.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev KIV-ə açıqlamasında deyib.
O vurğulayıb ki, bu sahədə ictimai nəzarətin gücləndirilməsi məqsədilə mənzil və avtomobil alanların, eyni zamanda mənzil və avtomobillə təmin edilmək üçün növbədə dayananların siyahıları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytının (www.mlspp.gov.az) ön səhifəsində ictimaiyyətə açıqlanıb: "Bununla belə, bəzi KİV-lərdə bu və ya digər əlil vətəndaşın maşın almaq üçün artıq guya 10 ildən çoxdur ki, növbədə dayandığı, lakin hələ də ona maşın verilmədiyi bildirilir. Lakin araşdırma zamanı məlum olur ki, həmin şəxslər maşın almaq üçün, ümumiyyətlə, növbəyə dayanmayıblar və qeyd olunan növbəlilik siyahılarında da adları yoxdur”.
E.Babayev qeyd edib ki, avtomaşın almaq üçün adı növbəlilik siyahısında olan hər bir əlil vətəndaşın maşınların verilməsi zamanı növbəlilik prinsipinə necə əməl olunduğunu izləmək və ondan sonra növbəyə dayanmış hər hansı şəxsə ondan əvvəl maşın verildiyi təqdirdə, bunu dərhal öyrənmək imkanı var.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən imzalanan "Xüsusi nəqliyyat almaq üçün tibbi göstərişi olan əlillərin avtomobillə təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” 23 dekabr 2013-cü il tarixli sərəncamına əsasən, xüsusi nəqliyyat almaq üçün tibbi göstərişi olan növbəyə durmuş Qarabağ müharibəsi və 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərin dövlət hesabına xüsusi avtonəqliyyatla tam təmin olunması üçün Azərbaycan prezidentinin Ehtiyat Fondundan 5 milyon manat ayrılıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Azərbaycanın hesabatı BMT-yə təqdim olunacaq
25.06.2019
Azərbaycanda bu şəxslərə verilən pul təminatı artırılır
24.06.2019
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar
24.06.2019
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir
23.06.2019
Naxçıvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkasında bolluq və ucuzluqdur

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
3 Əli Nağıyev DTX rəisi təyin edildi
4 Heydər Əliyev və bələdiyyələr
5 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info