Ombudsmanın nümayəndələri təcridxanada araşdırma aparıblar
Tarix: 07.02.2014 | Saat: 20:37:00 | E-mail | Çapa göndər


Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Bakı İstintaq təcridxanasında araşdırma aparıblar. Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasına başçəkmə həyata keçiriblər. Başçəkmədə MPQ-nin üzvü olan həkim də iştirak edib. Başçəkmədə məqsəd təcridxananın tibb-sanitar hissəsində saxlanılma şəraiti və göstərilən tibbi xidmətin qiymətləndirilməsindən ibarət olub.
Araşdırma zamanı MPQ üzvləri tibb-sanitar hissənin palatalarına, cərrahi, stomatoloji, rentgen, dərmanların saxlandığı və digər otaqlara, laboratoriyaya, eyni zamanda, 20-dən çox qeydiyyat jurnalına baxış keçirib, 40-dan çox saxlanılan şəxslə müalicə olunduqları palatalarda görüşüb, onların sağlamlıq vəziyyətləri, onlara göstərilən tibbi xidmətlə maraqlanıb və tibbi kitabçalarla tanış olublar.
Saxlanılan şəxslərlə söhbət zamanı tibb-sanitar hissədə saxlanılma şəraiti, müalicə məsələləri və rəftarla bağlı şikayət daxil olmayıb, aşkar edilmiş xırda nöqsanlar MPQ üzvlərinin tövsiyəsi ilə müəssisə rəhbərliyi tərəfindən yerində aradan qaldırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.10.2019
Naxçıvan şəhərində “Gənclər Yaşayış Kompleksi” tikilir: VİDEO
14.10.2019
Özəl sektorda əməkhaqqı fondu 33,4 faiz artıb
13.10.2019
Əsl vətəndaş mövqeyi - insanlıq nümunəsi
12.10.2019
Bu şəxslər vaxtından əvvəl pensiya ala biləcək
12.10.2019
Azərbaycanda pensiyaçıların 57 faizi qadınlar, 43 faizi kişilərdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info