Seysmologiya üzrə dövlət proqramının layihəsi hazırlanacaq
Tarix: 11.02.2014 | Saat: 16:45:00 | E-mail | Çapa göndər


Azərbaycanda seysmologiya üzrə dövlət proqramının layihəsi hazırlanacaq. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev deyib. Onun sözlərinə görə, AMEA prezidenti Akif Əlizadə Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi, Yer Elmləri Bölməsi və digər bölmələrə seysmologiyaya aid böyük böyük layihənin dövlət proqramı şəklində hazırlanması barədə tapşırıq verib: "A.Əlizadə tapşırıq verib ki, bu layihəni dövlət proqramı kimi hökumətə təqdim edək. Hesab edirəm ki, yaxın vaxtlarda bu layihə hazır olacaq". T.Əliyev qeyd edib ki, hazırda AMEA-nın institutlarında və elmi müəssisələrində seysmologiya ilə bağlı müxtəlif işlər aparılır. Dövlət proqramının layihəsinin hazırlanmasında məqsəd anomal seysmik prosesləri daha geniş şəkildə öyrənmək, bu sahədə əldə edilən elmi nəticələri sistem şəklində tətbiq etməkdir. Layihənin hazırlanmasına qısa müddət ərzində başlanılması nəzərdə tutulur.

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.10.2019
Naxçıvan şəhərində “Gənclər Yaşayış Kompleksi” tikilir: VİDEO
14.10.2019
Özəl sektorda əməkhaqqı fondu 33,4 faiz artıb
13.10.2019
Əsl vətəndaş mövqeyi - insanlıq nümunəsi
12.10.2019
Bu şəxslər vaxtından əvvəl pensiya ala biləcək
12.10.2019
Azərbaycanda pensiyaçıların 57 faizi qadınlar, 43 faizi kişilərdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info