Uşaqların övladlığa verilməsi ilə bağlı yeni qaydalar
Tarix: 11.02.2014 | Saat: 18:57:00 | E-mail | Çapa göndər


Ailə, Qadın,və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların övladlığa verilməsi və onların sonrakı həyat şəraiti və tərbiyəsinə nəzarətin həyata keçirilməsi haqqında yeni qaydalar hazırlayıb. Bu qaydalar, övladlığa verilmiş uşaqların sonrakı həyatına nəzarət mexanizmini yerinı yetirmək üçün nəzərdə tutulub. Komitə yeni qaydaları layihə formasında aidiyyəti qurumlara təqdim edib. Məsələnin qəbulu üçün son mərhələ işlər gedir. Komitənin Hüquqi təminat şöbəsinin müdir müavini Vəsilə Möhsümovanın verdiyi məlumata görə, yeni qaydalarda övladlığa götürülməylə bağlı yerli övladlıq proseslərinə nəzarətin qəyyumluq və himayədarlıq orqanları tərəfindən yerinə yetirilməsi, xarici vətəndaşlar tərəfindən övladlığa götürülmənin isə komitə tərəfindən yerinə yetirilməsini nəzərdə tutur. Yeni qaydalarda ən əsas övladlığa verilmə prosesi uşağın istəyinə görə deyil, valideyinin istəyinə görə idisə, indi uşağın xarakterinə, tipinə uyğun ailələrin axtarılması əsas prioritet olaraq götürülür. Qeyd edək ki, 2007-2013-cü illər ərzində 39 ailə tərəfindən 41 xususi qayğıya ehtiyacı olan uşaqların övladlığa götürülmə prosesi həyata keçib. Bunların 8-i xarici vətəndaşlar tərəfindən övladlığa götürülüb ki, bu ailələrin 4-ü Rusiya vətəndaşı olan Azərbaycanlı ailəsidir, digərləri isə Türkiyə, İran, Fransa və ABŞ-dan olan ailələrdir.
Nigar




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
İlin sonuna qədər 10-dək müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşacaq
13.09.2019
Əhali 8 ayda təxminən 24 milyard manat bazarlıq edib və daha çox ərzağa pul xərcləyib
13.09.2019
Azərbaycanda işsizlik əhəmiyyətli dərəcədə azalıb
12.09.2019
“Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası” təsdiq edilib
12.09.2019
Azərbaycanda 565 minə yaxın uşaq sosial təminat növləri ilə əhatə olunub

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info