Ünvanlı sosial yardımın təyini ilin sonuna kimi avtomatlaşdırılacaq
Tarix: 11.02.2014 | Saat: 22:59:00 | E-mail | Çapa göndər


Səlim Müslümov: “Əlil arabasında hərəkət edən şəxslər üçün minik avtomobilləri gətiriləcək”

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir xanım Malena Mardı qəbul edib. Görüşdə nazir S.Müslümov son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlara toxunub.
“Bu islahatlar nəticəsində ölkədə yoxsulluq və işsizlik səviyyəsinin nəzərəçarpacaq dərəcədə azaldılmasına, vətəndaşların maddi rifah halının yaxşılaşdırılmasına nail olunmuş, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsi gücləndirilib” deyən S.Müslümov ölkəmizin artıq yeni iqtisadi inkişaf mərhələyə qədəm qoyduğunu və ölkə rəhbərliyi tərəfindən bu məqsədlə prioritetlərin müəyyən edildiyini, hər bir sahə üzrə konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdirildiyini vurğulayıb: “Ölkəmizdə sosial yönümlü iqtisadi siyasət həyata keçirildiyindən və hər zaman sosial sahəyə xüsusi önəm verildiyindən bizim də qarşımızda mühüm vəzifələr qoyulub. Başlıca məqsədimiz inkişaf etmiş ölkələrin təcrübəsindən yararlanaraq ölkəmizin inkişafı ilə uzlaşan, müasir tələblərə cavab verən sosial müdafiə sisteminin qurulmasıdır”. S.Müslümov nazirliyin fəaliyyət sahələri üzrə ciddi islahatların həyata keçiriləcəyini diqqətə çatdırıb. “Nəzərdə tutulan institusional islahatlar və qanunvericiliyin təkmilləşdirilməsi nəticəsində şəffaflığın təmin olunması daha da reallaşacaq, əhaliyə göstərilən xidmətlər daha keyfiyyətli və əlçatan olacaq” - deyə nazir bildirib. S.Müslümov əmək və əmək haqqı siyasəti, məşğulluq və demoqrafiya, ünvanlı dövlət sosial yardımı, müavinətlər, əlilliyin təyini, müxtəlif sosial xidmətlər sahələrində görüləcək işlər barədə ətraflı məlumat verib. Eyni zamanda nazir ünvanlı dövlət sosial yardımının təyininin avtomatlaşdırılması istiqamətində görülən işlərdən və bu ilin sonuna kimi prosesin yekunlaşdırılmasının qarşıya qoyulan əsas vəzifələrdən biri olduğunu deyib.
Öz növbəsində xanım Malena Mard həyata ke çiriləcək islahatların onlarda böyük maraq doğurduğunu və təmsil eydiyi qurumun ƏƏSMN ilə əməkdaşlığı daha da gücləndirmək niyyətində olduğunu vurğulayıb. Görüşdə Avropa İttifaqı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
İlkin




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Azərbaycanda pensiya yaşı belə hesablanacaq
15.10.2019
AQTA əməkdaşları bu dəfə “Bala Tofiq” ləqəbli leş ət satan dələduzu ifşa etdi
15.10.2019
Qanunsuz şəkildə işdən azad edilənlər əvvəlki yerlərinə bərpa ediliblər
14.10.2019
Naxçıvan şəhərində “Gənclər Yaşayış Kompleksi” tikilir: VİDEO
14.10.2019
Özəl sektorda əməkhaqqı fondu 33,4 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
5 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info