İzmirdə Xocalı ilə bağlı müsabiqə
Tarix: 14.02.2014 | Saat: 19:15:00 | E-mail | Çapa göndər


Türkiyənin İzmir şəhərində yerləşən Azərbaycan Dialoq və Qardaşlıq Dərnəyi və azərbaycanlı tələbələrin təşkilatçılığı ilə “Dünya Xocalını tanıdır” adlı layihəyə start verilib. İzmirdən qəzetimizə verilən məlumata görə, “Dünya Xocalını tanıdır, sən də tanıt” devizi ilə baş tutan layihənin məqsədi qətliamın 22-ci ildönümündə ermənilər tərəfindən 613 Azərbaycan vətəndaşının amansızcasına qətl edildiyi, 487 nəfərin yaralandığı, 1275 nəfərin əsir alındığı, insanlığa yaraşmayan faciə haqqında fərqli mədəniyyətlərdən olan əcnəbi tələbələrin daha yaxından bilgiləndirilməsidir. “Dünya Xocalını tanıdır” layihəsi araşdırma və öyrənmə tərzində reallaşdırılan bir bilik müsabiqə olaraq keçirilir. Layihə çərçivəsində əcnəbi tələbələrin Xocalıdan bəhs edən layihələri qəbul ediləcək. Belə ki, göndərilən layihələrdən 10 ən yaxşısı seçiləcək. Seçilən layihə müəlliflərinin hər birinə planşet təqdim ediləcək. Layihədə iştirak etmək istəyən əcnəbi tələbələr “dunyahocaliyianlatiyor.com/az” saytın ın“layihə yüklə” bölməsindən istifadə edərək layihələrini göndərə bilərlər. Layihələrin seçim turu fevralın 23-də İzmirin Bayraqlı, Anadolu prospekti, 40 ünvanında Təpəqülə Konqres və Mədəniyyət Mərkəzində keçiriləcək. Göndərilən layihələrdən ən yaxşı 10 layihə müəllifi mükafatlandırılacaq. Lahiyənin tanıtımı üçün sosial şəbəkələrdə “facebook.com/dunyahocaliyianlatiyor” , “twitter.com/HocaliyiAnlat” və “dunyahocaliyianlatiyor.com/az” səhifəsi açılıb. Burada Xocalı haqqında görüntülər, məqalələr, videolar paylaşılaraq geniş bir şəkildə əks olunub.
Günəş




 
Bölməyə aid digər xəbərlər
02.07.2020
Koronavirusa qarşı mübarizədə Azərbaycan polisi çox böyük xidmətlər göstərir
01.07.2020
AZAL iyulun 4-də İstanbula əlavə xüsusi reys yerinə yetirəcək
01.07.2020
Azərbaycanda Həcc ziyarəti ilə bağlı ödənişlərin bir hissəsi artq qaytarılıb
01.07.2020
İcazəsi olmayan nəqliyyat vasitələri videomüşahidə kameraları ilə müəyyən ediləcək
01.07.2020
Builki meyvə qıtlığının səbəbi açıqlandı

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11542

1 Birinci vitse-prezident Mehriban Əliyeva hərbi qulluqçuları və veteranları Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib
2 İyulun 1-dən Rusiyanın 67 bölgəsi turist qəbul edəcək
3 Litvanın Birştonas şəhərində tar, kamança, qaval büstü qoyulacaq
4 “Dünyamızı qoruyaq: Türk dünyasının adət - ənənələri“
5 Ev şəraitində Xan kababı-VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info