Ağstafada fermerlərə subsidiyaların verilməsində şəffaflıq təmin edilir
Tarix: 18.02.2014 | Saat: 11:12:00 | E-mail | Çapa göndər


Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrasına həsr edilmiş konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən verilən tapşırıqların icrası ilə bağlı Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatında geniş müşavirə keçirilib.
Müşavirəni giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev Prezident tərəfindən verilən tapşırıqlardan və onların icrası sahəsində görülən işlərdən ətraflı bəhs edib. Xüsusən kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların verilməsində şəffaflığın təmin edilməsi və əhalinin tibbi müayinədən keçirilməsi məsələləri geniş müzakirə olunub.
İcra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Ramiz İmanov rayonda buğda istehsalçılarına hesablanmış subsidiyanın məbləği və yerli komissiyaların fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, komissiya tərəfindən rayonun yaşayış məntəqələrində buğda əkini sahələri yoxlanılır və indiyədək hər hansı qanun pozuntusuna rast gəlinməyib.
Yerli ərazi komissiyalarının sədrləri çıxış edərək statistika orqanına təqdim etdikləri göstəricilərin reallığa tam uyğun olduğunu qeyd ediblər. Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev komissiya sədrlərindən bir daha tələb edib ki, heç bir saxtakarlığa yol verilməsin və subsidiyaların fermerlərə çatdırılmasında şəffaflıq təmin olunsun.
Rayon əhalisinin tibbi müayinəsindən keçirilməsi ilə bağlı məlumat verən rayon mərkəzi xəstəxanasının baş həkimi İlham Mustafayev bildirib ki, dünəndən başlayaraq əhalinin kütləvi dispanserizasiyası aparılır. Həm rayon mərkəzində, həm də kəndlərdə əhalinin tibbi müayinədən keçməsi təmin edilir.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
14.08.2018
Əcnəbilərin inzibati qanunvericiliyi pozmaları ilə əlaqədar 2128 qərar qəbul edilib
14.08.2018
5 yaşayış məntəqəsini birləşdirən yol istifadəyə veriləcək
14.08.2018
“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri işə daha erkən başlayacaq
14.08.2018
AQTA əhaliyə müraciət etdi:qurban kəsmək istəyənlər...
14.08.2018
Azərbaycana gələn turistlərin statistikası

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9857

1 DSX rəisi at çapan qızla görüşüb
2 Karen Veranyan: “İrana qarşı yeni sanksiyalar Ermənistan iqtisadiyyatına ağır zərbə vuracaq”
3 “Hər yaşa uyğun uşaq intellektual oyunları və videolar hazırlamışıq”
4 “Azərbaycan qadınları cəmiyyətdəki aktual problemlərin həllindən kənarda qalmırlar”
5 ABŞ saytında azərbaycanlı rəssamın müsahibəsi dərc olunub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info