Demoqrafiya ilə bağlı dövlət proqramı hazırlanıb
Tarix: 18.02.2014 | Saat: 11:57:00 | E-mail | Çapa göndər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı” (2014-2025-ci illər) layihəsinin hazırlanması işləri artıq yekunlaşmaqdadır.
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 290 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Demoqrafik İnkişaf Konsepsiyası”na və digər normativ-hüquqi sənədlərə əsaslanan layihə ölkədə mövcud demoqrafik proseslərin təhlili əsasında bu sahənin gələcək on il ərzində inkişaf istiqamətlərini, həyata keçiriləcək zəruri tədbirləri müəyyən edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Dövlət Proqramı ölkədə demoqrafiya və əhali sakinliyinin inkişafını 2025-ci ilədək dövr üçün stimullaşdırmaqla, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına dair qəbul edilmiş digər Dövlət proqramları ilə əlaqəli şəkildə həyata keçiriləcək. Aidiyyəti dövlət qurumlarının rəy və təklifləri əsasında hazırlanan layihənin yaxın vaxtlarda Nazirlər Kabinetinə təqdim olunması nəzərə tutulur.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
17.02.2018
Maştağa-Nardaran avtomobil yolu yenidən qurulur
16.02.2018
Şagirdlərin dərs və imtahan yükü azalacaq
16.02.2018
DQİDK yanında İctimai Şuranın ilk iclası keçirilib
16.02.2018
Bayılda dağılmış 4 evin sahibinə kompensasiya veriləcək
16.02.2018
DQİDK yanında İctimai Şuranın ilk iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Aysel İbrahimova
Rəhim Həsənov
Tural Tağıyev
Zülfiyyə Vəliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8432

1 “Birləşmiş Krallıqda bizim çox istedadlı və savadlı insanlarımız var”
2 “Şirkətimiz bu il yüzlərlə yeni və daimi iş yeri yaradacaq”
3 “Qarabağ həqiqətlərinin Belçikada tanınması üçün yerli mətbuatın gücündən istifadə edirik”
4 Xocalı soyqırımı ilə bağlı Türkiyədə bir sıra tədbirlər keçiriləcək
5 Ermənistan mətbuatı: “Əliyev türk elementini Ermənistana qaytarmağı strateji məsələ hesab edir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info