Çin 2017-ci ilədək lider olacaq
Tarix: 19.02.2014 | Saat: 16:04:00 | E-mail | Çapa göndər


Çin Xalq Respublikasında (ÇXR) internet üzərindən satışların həcmi sabit artır. Ekspertlər deyirlər ki, 2017-ci ilədək elektron ticarət bazarının həcminə görə Çin ABŞ-ı ötəcək. ABŞ-ın “eMarketer” tədqiqat şirkətinin məlumatına görə, bu il Asiya-Sakit okean regionu internet istifadəçilərinin xərcləri hələ ki elektron ticarət bazarında liderliyi qoruyub saxlayan ABŞ-ın xərclərini ötəcək. Ekspertlərin ilkin hesablamalarına əsasən, Asiya regionunda onlayn satışların həcmi 525.2 milyard dollar təşkil edəcək. Şimali Amerikada bu göstərici 482,6 milyard dollar olacaq. 2017-ci ilədək ÇXR-in payı 75%-dək artacaq. Beləliklə, artıq üç il sonra Çin dünyanın aparıcı elektron ticarət bazarına sahiblənəcək, onun illik artım tempi 30 faizi ötəcək.
"Hesablamalara görə, bu il onlayn alıcıların 46 faizi Asiya-Sakit okean regionunun istifadəçiləri olacaq. Aydındır ki, onların çox hissəsini çinlilər təşkil edəcək. Bu bazar Çində yeni olsa da, lakin internet istifadəçilərinin sayına (540 milyondan çox) görə artıq uğur qazanır. Çinlilər artıq internet üzərindən alış-veriş etməyə vərdiş ediblər" – “Optim Consult” (Quancjou, Çin) şirkətinin baş direktoru Yevgeni Kolesov deyib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Pompeo lazım olduğu halda Turkiyə ilə muharibəyə hazır olduqlarını bildirib
22.10.2019
Türkiyənin digər ölkələrə qarşı ərazi iddiaları yoxdur
22.10.2019
Pentaqon ABŞ qoşunlarının Əfqanıstandan tam çıxarılması planını hazırlayır
22.10.2019
YPG/PKK indi də İsraildən yardım istədi
22.10.2019
Makron Suriyada atəşkəs rejiminin saxlanmasının vacibliyini vurğulayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info