Botanika İnstitutu BMT-nin qurumu ilə memorandum imzalayıb
Tarix: 19.02.2014 | Saat: 16:08:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin əməkdaşlarının yeni layihəsi üzrə AMEA Botanika İnstitutu və Birləşmiş Millətlər Təşkilatının Regionlararası Cinayət və Ədliyyə Tədqiqat İnstitutu (UNİCRİ) arasında anlaşma memorandumu imzalanıb. Botanika İnstitutunun Elmi İnformasiya və İnnovasiya şöbəsindən qəzetimizə verilən xəbərə görə, “Azərbaycana idxal olunan kənd təsərrüfatı bitkilərinin, toxumların müxtəlif xəstəliklərinin və Genetik Modifikasiya Olunmuş (GMO) məhsulların molekulyar diaqnostikası” mövzusunda layihə “Cənubi Qafqazda və Mərkəzi Asiyada Biomüdafiə və Biotəhlükəsizlik imkanlarının gücləndirilməsi” proqramı çərçivəsində müsabiqəsinin qalibi olub. Layihənin rəhbəri Botanika İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin müdiri, akademik Cəlal Əliyevdir. Layihənin əsas məqsədi Azərbaycana idxal olunan müxtəlif kənd təsərrüfatı bitkilərinin əkin materiallarında və toxumlarında əsasən fitoplazma və virus xəstəliklərinin, həmçinin GMO mənşəli bitki məhsullarının molekulyar diaqnostikasıdır. Aparılan tədqiqatlar xəstəliklərin yayılmasının qarşısının alınmasına və ərzaq təhlükəsizliyi nöqteyi-nəzərindən əhalinin sağlam qida ilə təmin olunmasına xidmət edəcək. Layihə çərçivəsində Almaniya və Fransanın bitki xəstəlikləri üzrə nüfuzlu elmi-tədqiqat mərkəzlərində çalışan alimlərin iştirakı ilə Azərbaycanda praktiki seminarların keçirilməsi, həmçinin bitki xəstəliklərinin və GMO məhsulların molekulyar diaqnostikası və identifikasiyasında istifadə olunan yeni ekspress metodların öyrənilməsi məqsədilə Botanika İnstitutunun 2 əməkdaşının İNRA - Milli Kənd Təsərrüfatı Tədqiqatları İnstitutuna (Bordo, Fransa) və İSTA - Toxumların Beynəlxalq Testləşdirilməsi Assosiasiyasına (İsveçrə) elmi ezamiyyəti nəzərdə tutulub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Prezident daha bir Xalq artistinə ev verdi
18.10.2019
Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyini sarsılmaz və əbədi etdi
18.10.2019
Masallıda 30-dan çox uşaq günərzi xidmətlərlə təmin edilir
18.10.2019
Azərbaycan əhalisinin gəlirləri 7 faizə yaxın artıb
18.10.2019
Gələn il Azərbaycanda pensiyaların orta aylıq məbləği 293 manat olacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info