Geologiya İnstitutu “Azərbaycanın geoekoloji xəritəsi”ni tərtib edib
Tarix: 19.02.2014 | Saat: 16:12:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutu “Azərbaycanın geoekoloji xəritəsi”ni tərtib edib. İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən “Palitra”ya verilən məlumata görə, Azərbaycan ərazisi üçün 1:600 000 miqyasda ilk dəfə hazırlanmış xəritədə geoloji mühitin texnogen təsir nəticəsində məruz qaldığı dəyişikliklər, zəlzələ ocaqları, palçıq vulkanları, sürüşmələr, torpaq çökmələri, sellər, şoranlaşmalar, eroziya və digər proseslər əks olunur.
Burada ekzogen geoloji proseslərin intensiv inkişaf etdiyi ərazilərin sərhədlənməsi, ölkə ərazisinin içməyə yararlı yeraltı sularla təminatlılıq dərəcəsinə görə rayonlaşdırılması, həmçinin ekoloji əhəmiyyətli, ekoloji təhlükəli obyektlər, karbohidrogen və yeraltı su yataqları da yer alıb. Xəritədə həmçinin dib çöküntüləri və torpaq qatının çirklənməsi, texnogen təsir altında geoloji gərgin proseslərin aktivləşmə meylləri, digər amillər və proseslər haqqında da əhatəli məlumat verilir.
Geologiya-mineralogiya elmləri doktorları Adışirin Ələkbərov və Yusif İsrafilov tərəfindən hazırlanmış yeni nəşr AMEA prezidenti, akademik Akif Əlizadənin sədrliyi ilə Geologiya İnstitutunda keçirilmiş Elmi Şuranın iclasında təqdim olunub. A.Ələkbərovun metodikası əsasında hazırlanmış xəritənin baş redaktoru akademik Akif Əlizadə, redaktorları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri, akademik Qərib Məmmədov və Bakı Dövlət Universiteti Coğrafiya fakültəsinin dekanı, coğrafiya elmləri doktoru Fərda İmanovdur. Xəritə DTXK Kartoqrafiya Fabrikində nəşr olunub. Elmi Şuranın iclasında xəritə alimlər tərəfindən bəyənilib, təklif və tövsiyələr səsləndirilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Məhrumiyyətlərdən çəkinməyən, hər bir təhdidə və təhlükəyə gedə bilən Heydər Əliyev bölünmə təhlükəsi qarşısında qalan bir dövləti yenidən qurdu
22.10.2019
196 nizamsız miqrant tutuldu
22.10.2019
Tramp Türkiyəni sanksiyalarla hədələyib
22.10.2019
ABŞ-ın energetika naziri dekabrın 1-i istefaya gedəcək
22.10.2019
Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi Misirdə qeyd edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info